Alternative content

17:17 29 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Küveyt qəzeti Azərbaycan səfirinin müsahibəsini yayıb
Küveyt qəzeti Azərbaycan səfirinin müsahibəsini yayıb
ANA SƏHİFƏ / SİYASƏT
20:06 11.08.2020
 
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə ölkəmizin Ermənistanla sərhədində yerləşən Tovuz rayonu istiqamətində ordumuzun mövqelərini ələ keçirmək üçün hücuma keçməyə cəhd göstərib. Tovuz istiqaməti Azərbaycanın beynəlxalq və regional iqtisadi layihələrinin - Bakı-Tbilisi-Ceyhan, Trans-Anadolu (TANAP), Trans-Adriatik (TAP) kəmərlərinin, Asiyadan gələn malları Avropaya çatdırılacaq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun və İpək yolunun yaxınlığından keçdiyi strateji bölgədir. Ermənistan müdafiə nazirliyi dəfələrlə bu strateji bölgədən keçən neft və qaz kəmərlərini, dəmir yolunu, bununla yanaşı, Mingəçevir su anbarını vuracaqlarını bəyan ediblər. Azərbaycan bu boru kəmərləri vasitəsilə Avropanın enerji təhlükəsizliyini təmin edir və ölkəmizin həmin ərazilərə yaxın mövqelərdən Ermənistana hücumla bağlı iddiaların heç bir məntiqi əsası yoxdur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəmanın bu ölkənin "Əl-Siyəsə” qəzetinə müsahibəsində yer alıb.

Diplomat qeyd edib ki, toqquşmalar baş verən zaman dərhal Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsi və bu cəhdin cavabsız qalması işğalçı ölkənin üzv olduğu təşkilatın belə rəsmi Yerevanın dediklərinə inanmadığını göstərir. Azərbaycan Ordusu erməni hücumlarının qarşısını qətiyyətlə alıb və cavab atəşi ilə düşməni susdurub. Bildirib ki, Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var, ölkəmizin düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almaq, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün kənar qüvvəyə ehtiyacı yoxdur. Azərbaycan əhalisinin sayı Ermənistan əhalisinin sayını 3 dəfədən çox üstələyir, ölkəmizin sırf hərbi büdcəsi isə təcavüzkar ölkənin ümumi büdcəsindən çoxdur.

Artıq 30 ildən çoxdur ki, Azərbaycan kompromisə gedərək, işğalçı Ermənistanla sülh danışıqları aparır. Təəssüf ki, buna baxmayaraq, Azərbaycan ərazisinin 20 faizi hələ də işğal altındadır. Azərbaycan BMT Nizamnaməsinin verdiyi özünümüdafiə hüququnu özündə saxlayır və aparılan sülh danışıqları gözlənilən nəticəni verməzsə, bu hüququndan istifadə edərək, ərazi bütövlüyünü bərpa edəcək.

Səfir bildirib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarına sadiqdir. 1994-cü ildən bu qrupun vasitəçiliyi ilə davam edən danışıqların heç bir nəticə verməməsinin səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan xalqının səbri sonsuz deyil.

2016-cı ilin aprelində, eyni zamanda, 2020-ci ildə də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribatlar zamanı Azərbaycanın sərhədyanı kəndlərində yüzlərlə ev düşmənin artilleriyadan açdığı atəş nəticəsində dağıntıya məruz qalıb, onlarca azərbaycanlı mülki şəxs həlak olub və ya yaralanıb. Ermənistan tərəfi bundan əvvəl də mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alaraq, onlara qarşı insanlıq əleyhinə cinayət aktları törədib. 1992-ci ildə Xocalıda 613 dinc sakinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, sərhədboyu, eləcə də təmas xətti yaxınlığında yaşayan və aralarında azyaşlı uşaqlar da olmaqla mülki şəxslərə atəş açılması, 2016-cı ilin aprel hadisələri zamanı 6 mülki şəxsin həlak olması və 33 nəfərin yaralanması Ermənistanın təcavüzkar siyasətinin hədəfində mülki şəxslərin olduğunu açıq şəkildə göstərir.

"Ermənistanda faşizmin, nasizmin, terrorizmin və ümumiyyətlə radikal hərəkətlərin qəhrəmanlaşdırılmasının siyasi mədəniyyətə çevrildiyini bildirən Elxan Qəhrəman Qaregin Njdenin heykəlinin Ermənistanın paytaxtı Yerevanın mərkəzində ucaldılması bu dövlətin faşizmə olan rəğbətinin bariz nümunəsidir. Məlumdur ki, Q.Njde İkinci Dünya müharibəsi illərində erməniləri faşistlərlə əməkdaşlığa cəlb edib.

"BMT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarların tələblərini yerinə yetirməyən, 1994-cü ildə iki ölkə arasında bağlanmış atəşkəs rejimini mütəmadi şəkildə pozan, 1992-ci ildə Xocalı soyqırımını törədən Ermənistanın beynəlxalq hüquqdan danışmağa haqqı yoxdur”, - deyən səfir vurğulayıb ki, həmin qətnamələrdə işğalçı tərəf ilə işğala məruz qalmış tərəfin adları açıq-aşkar göstərilir. Azərbaycan tərəfi heç vaxt qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış etməyib.

"Dağlıq Qarabağ Respublikası” məsələsi ilə əlaqədar fikirlərini bildirən diplomat qeyd edib ki, əgər bu, "müstəqil respublikadırsa”, beynəlxalq ictimaiyyət və ya hər hansı bir dövlət, yaxud da Ermənistan tərəfindən belə bir "müstəqil respublika” tanınıbmı?! Xeyr, bu, mümkün deyil və ola da bilməz! Ermənistan da daxil olmaqla heç bir dövlət qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımayıb və tanıya da bilməz”.

Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında "əgər Ermənistanın özü belə bir "respublikanı” tanımağa qalxsa, bunun cavabını görəcəkdir...” deyə bildirib. Çünki qondarma "respublika” adlandırılan Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Beynəlxalq ictimaiyyət də Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi, onun ayrılmaz bir hissəsi kimi tanıyır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM