Alternative content

08:08 20 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cəlilabadda yeni maddi mədəniyyət nümunələrinin qalıqları tapılıb
Cəlilabadda yeni maddi mədəniyyət nümunələrinin qalıqları tapılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:02 11.08.2020
 
Cəlilabad rayonunun Alar kənd sakini Afəddin Mirzəyevin həyətyanı torpaq sahəsində təsərrüfat quyusu qazılarkən yerin iki metr dərinliyindən yeni maddi mədəniyyət nümunələrinin qalıqları tapılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni maddi mədəniyyət nümunələri əsasən təsərrüfat kürəsi və müxtəlif məişət əşyalarının qalıqlarından ibarətdir. Tapıntılar arasında təsərrüfat kürəsinin olması ərazidə bir vaxtlar sənətkarlığın yüksək səviyyədə inkişaf etməsindən xəbər verir.

XI-XII əsrlərə aid olduğu ehtimal olunan belə kürələrdən müxtəlif saxsı qabların hazırlanmasında istifadə edilib. Bunu kürənin ətrafında olan kül qalıqları da sübut edir.

Tarixçi Ələsgər Mirzəzadə yeni tapıntıların orta əsrlərdə dulusçuluq sənətinin inkişafından xəbər verdiyini bildirib: "Qazılan yerdə yanıq izləri və kül görünür. Ətrafında qum dənələri, qum külü var. Çox güman ki, bu qum külü saxsı qaba qatmaq və onu möhkəmləndirmək üçün istifadə olunub.”

Mütəxəssislərin fikrincə, tapıntıların araşdırılması orta əsrlərlə bağlı geniş tarixi məlumatları üzə çıxara bilər. Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı yeni mədəniyyət nümunələri haqqında danışarkən deyib: "Ola bilsin ki, vaxtilə bu ərazidə saxsı qablar hazırlanıb və ya İslamaqədərki dəfn mərasimləri təşkil olunub. Hər halda, bu cür tapıntıların araşdırılması yeni məlumatların əldə olunması baxımından da vacibdir.”

Qeyd edək ki, yeni tapıntı Cəlilabadda orta əsrlərə aid sayca ikinci istehsal kürəsi hesab olunur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM