11 Avqust 2020 19:58
645
DÜNYA
A- A+

Amerika Kosmik Qüvvələri hücum əməliyyatları həyata keçirməyə qadirdir

 
Amerika Kosmik Qüvvələri lazım olacağı təqdirdə hücum əməliyyatları həyata keçirə, həmçinin yerdə və kibernetik sahədə hədəflərə hücum edə bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ştatların yeni növ Silahlı Qüvvələrinin doktrinasında deyilir.

"Spacepower” (Kosmik güc) adlı sənəddə Silahlı Qüvvələrin kosmik bölməsinin nə ilə məşğul olacağı izah edilir və ABŞ-ın kosmosu nə üçün hərbi əməliyyatlar sahəsi hesab etməsinə aydınlıq gətirilir. Doktrinada kosmosdakı hərbi əməliyyatlar döyüş aparmaq üçün müstəqil sahə kimi nəzərdən keçirilir.

Sənədə əsasən, hücum əməliyyatları kosmik sahədə üstünlüyə yiyələnməyə çalışan və ya onu öz maraqları üçün istifadə etmək istəyən düşmənə qarşı aparılacaq. Qeyd olunur ki, hərbi əməliyyatlar "kosmosda üstünlüyün əldə olunması üçün vacib əhəmiyyət kəsb edir”.

"Hücum əməliyyatları düşmənin kosmosdakı imkanlarına və kosmik hücumdan müdafiə sistemlərinə, həmçinin onun bütün sahələrdə effektivliyinə hədəflənib. Əməliyyatlar düşmən üzərində üstünlüyün əldə olunması və dost qüvvələrə qarşı istifadə edilmədən öncə onun kosmik missiyasının neytrallaşması məqsədi ilə aparıla bilər”, - deyə sənəddə bildirilir.

Birləşmiş Ştatların Kosmik Qüvvələri həm passiv, həm də aktiv müdafiə əməliyyatları aparmaq hüququnu özündə saxlayır. Sonuncular "düşmənin hücum vasitələrinin, tapşırıqları yerinə yetirmə imkanlarının məhv edilməsi və ya təhdid effektinin azaldılması” üçün lazımdır.

Qeyd edək ki, ABŞ Kosmik Qüvvələri 2019-cu il dekabrın 20-də təsis edilib. 2020-ci ilin yanvar ayında Con Reymond Kosmik Qüvvələrin komandanı təyin olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video