Alternative content

09:35 20 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın və Serbiyanın Daxili İşlər nazirlikləri arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
Azərbaycanın və Serbiyanın Daxili İşlər nazirlikləri arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:48 11.08.2020
Avqustun 11-də Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç ilə görüşü keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Vilayət Eyvazov Azərbaycan ilə Serbiyanın strateji tərəfdaş olduğunu məmnunluqla vurğulayaraq ölkələrimiz arasındakı münasibətlərin belə səviyyəyə çatmasında iki ölkə rəhbərliyinin qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanan sənədlərin mühüm rolunu vurğulayıb. General-polkovnik Vilayət Eyvazov 2010-cu il mayın 13-də Bakıda imzalanmış "Azərbaycan Respublikasının Hökuməti ilə Serbiya Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in, eləcə də ölkələrimizin polis hazırlayan təhsil müəssisələri arasında olan Anlaşma Memorandumunun iki ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin qurulmasında mühüm əhəmiyyətini diqqətə çatdırıb.

Nazir daxili işlər orqanlarında həyata keçirilən islahatlar barədə qonağa məlumat verib, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunların qəbul olunduğunu, həmin qanunların icrasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Bu istiqamətdə mühüm dəyişikliklərdən birinin fəaliyyətin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi olduğunu deyən Daxili İşlər naziri son on ildə 8 minə yaxın əməkdaşın və hərbi qulluqçunun bir sıra beynəlxalq təşkilatların xətti ilə çoxsaylı təlim və treninqlərə cəlb edildiyini, bunun şəxsi heyətin peşəkarlığının, hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə müsbət təsir göstərdiyini qeyd edib. Vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından ən müasir informasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunduğu bildirilib.

Mövcud problemlərə toxunan Daxili İşlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Neboyşa Stefanoviç ölkələrimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə genişlənərək daha da dərinləşdiyini, oxşar münaqişələrdən əziyyət çəkən hər iki dövlətin bir sıra problemlərə dair beynəlxalq müstəvidə eyni mövqedən çıxış etdiyini, yaxın dost saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM