11 Avqust 2020 15:21
489
SİYASƏT
A- A+

Mövlud Çavuşoğlu: Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçərsə, biz onun yanında olacağıq


Bildiyiniz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribat törətdi. Bir daha bildirmək istəyirəm ki, qardaş Azərbaycan tək deyil. Bütün imkanlarımızla, gücümüzlə qardaş Azərbaycanın yanındayıq və yanında olmağa davam edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu avqustun 11-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

"Ermənistan illərdir qardaş Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, Ermənistan münaqişənin həllindən yayınır. Ermənistan bu cür təxribatlarla danışıqların aparılması üçün təhlükəsiz şəraitin formalaşmasına mane olduğunu bütün dünyaya nümayiş etdirir. Beynəlxalq ictimaiyyət, həmçinin ATƏT-in Minsk qrupu da münaqişənin həllinə ciddi səy göstərmir. Biz bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında həllini dəstəkləyirik. Lakin qardaş Azərbaycan hansı həll yolunu seçərsə, biz o məsələdə də Azərbaycanın yanında olacağıq”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.

Nazir Azərbaycan və Türkiyənin birgə mühüm layihələr həyata keçirdiklərini xatırladaraq strateji layihələrlə bağlı fəaliyyətin daha da gücləndiriləcəyini söyləyib. Həmçinin elm, mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün işlərin görüləcəyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video