Alternative content

03:01 21 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV COVID-19: yüz gün ərzində Yeni Zelandiyada infeksiyanın heç bir yayılma halı qeydə alınmayıb
COVID-19: yüz gün ərzində Yeni Zelandiyada infeksiyanın heç bir yayılma halı qeydə alınmayıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:13 11.08.2020

Bu həftə COVID-19 virusuna yoluxma hallarının sayı 20 milyona, ölüm hallarının sayı isə 750 minə çatacaq. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə xəbərdarlıq edib. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, buna baxmayaraq, Yeni Zelandiyada, artıq yüz gündür, ölkə daxilində infeksiyanın heç bir yayılma halı qeydə alınmayıb.

ÜST rəhbəri vurğulayıb: "Pandemiya ilə səmərəli mübarizədə iki element son dərəcə vacibdir - liderlər tərəfindən qətiyyətli tədbirlərin görülməsi və vətəndaşlar tərəfindən onlara dəstək göstərilməsi”. Onun sözlərinə görə, Yeni Zelandiya digərləri üçün nümunə ola bilər – ölkədə son yüz gün ərzində infeksiyanın yayılma halının qeydə alınmamasına baxmayaraq, Baş Nazir Casinda Arden vətəndaşları ayıq olmağa çağırıb.

Doktor Tedros qeyd edib ki, Fransa, Almaniya, Cənubi Koreya, İspaniya və Böyük Britaniya da epidemiyanı yaşayıb, lakin infeksiyanın yayılmasını dayandıra biliblər. Bir çox ölkələr COVID-19-un yayılmasının ayrı-ayrı hallarının qarşısını almaq üçün mövcud alətlərdən istifadə edirlər. Belə ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson kütləvi yoluxma hallarının aşkar edildiyi bir neçə şimal rayonunda yerli karantin tətbiq edib, Fransa Prezidenti Makron isə hətta açıq havada belə ictimai yerlərdə maskadan istifadə edilməsi barədə göstəriş verib.

"Bu cür qətiyyətli və məqsədyönlü tədbirlər digər səmərəli alətlərin realizə edilməsi ilə birlikdə, xəstəliyə yeni yoluxmaların qarşısını almağa və təhlükəsiz şəkildə normal həyata qayıtmağa imkan verir”, - doktor Tedros qeyd edib. O, həmçinin planetin əhalisinin xəstəliyin müalicəsi və qarşısının alınması üzrə tədbirlərə bərabər çıxışını təmin etmək məqsədilə beynəlxalq ictimaiyyəti birgə hərəkət etməyə çağırıb. Eyni zamanda, bu məqsədlə yaradılmış fonda hələ ki tələb olunan vəsaitin yalnız on faizi daxil olub. ÜST rəhbəri bildirib ki, təkcə vaksinlərin əldə edilməsinə 100 milyard dollar lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə icraçı direktoru Mayk Rayan vurğulayıb: "Hazırda biz koronavirusun mövsümi xarakter daşıdığını hiss etmirik, lakin aydın şəkildə görürük ki, epidemiyaya qarşı tədbirlər zəifləyən an virus geri qayıdır”.

ÜST-nin texniki eksperti Mariya Van Kerkxove yaşadığı yerdən asılı olmayaraq, planetin hər bir sakinini infeksiya ilə mübarizədə öz rolunu dərk etməyə və yoluxma riskini azaltmaq üçün səy göstərməyə çağırıb: "Əgər sizdən xahiş edirlərsə, zəhmət olmasa, evdə qalın, əgər buna baxmayaraq, sizə işlə əlaqədar çıxmaq lazımdırsa, bütün tövsiyə olunan ehtiyat tədbirlərinə riayət edin. Əgər sizdən dükana və ya ictimai nəqliyyata girməzdən əvvəl maska taxmağı xahiş edirlərsə və ya insanların toplaşdığı yerlərdən uzaq olmağı tövsiyə edirlərsə, qulaq asın, özünüzü infeksiyadan qoruyun”.

Doktor Rayan, həmçinin xatırladıb: "Virusun beyni yoxdur, bizdə var. Virus insan hüceyrələrinə nüfuz etməyə və reproduksiya olmağa qadir olan son dərəcə sadə bioloji orqanizmdir. O, insan ölümünə, yaxud ən azı digərlərinin yoluxmalarına səbəb ola bilər. Virus sadə olduğuna baxmayaraq, çox qəddar və amansızdır, lakin bizdə olan beyin onda yoxdur”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM