11 Avqust 2020 13:02
707
DÜNYA
A- A+

Putin əhalinin 60 faizə qədərini qripə qarşı vaksinləşdirmək barədə tapşırıq verib

Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinin 60 faizə qədərini qripə qarşı vaksinləşdirməyin maliyyələşdirilməsini təmin etmək barədə hökumətə tapşırıq verib. AZƏRTAC vedomosti.ru saytına istinadla xəbər verir ki, Putin risk qruplarında əhalinin 75 faizə qədərini vaksinləşdirilməsini tələb edir.

RF Prezidenti növbədənkənar dispanserləşdirmə və qripə qarşı vaksinləşdirmənin pulsuz aparılmasını tapşırıb. Bundan əlavə, tibbi müayinə və vaksinləşdirmə üçün məsafədən növbəyə yazılmaq imkanı təmin edilməli, zəruri hallarda insanların vaksinləşdirmə yerinə çatdırılması təşkil olunmalıdır.

Bundan əvvəl Səhiyyə naziri Mixail Muraşko bəyan edib ki, N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzində yaradılmış vaksini ilk növbədə həkimlər və müəllimlər alacaq. Yeni vaksin oktyabr ayında bütün rusiyalılar üçün əl çatan olacaq. "Vektor” Dövlət Virusologiya və Biotexnologiya mərkəzində də vaksin hazırlanır. Bu mərkəz koronavirusa qarşı vaksinin istehsalına noyabr ayında başlamağı planlaşdırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video