10 Avqust 2020 22:30
661
DÜNYA
A- A+

ÜST: Yeni növ koronavirusa qarşı təzyiqi azaltmaq olmaz


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəyərləndirməsinə görə, yaxın gələcəkdə mütəmadi olaraq yeni növ koronavirusa yoluxma hallarında artım müşahidə olunacaqdır.

AZƏRTAC xəbər verir ki, bu barədə xəbərdarlığı ÜST-ün fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan Cenevrədə keçirilən brifinqdə səsləndirib. O qeyd edib ki, yoluxma hallarının artımına istər ikinci dalğa, istər ikinci pik nöqtə, istər yenidən alovlanma, istərsə də başqa adlar vermək olar, virus üzərində təzyiqi azaldan kimi o, yenidən sürətlə yayılmağa başlayır.

M. Rayan bildirib ki, insanlar virusa qarşı mübarizədə başqa açıqlamalar gözləsələr də, hazırda reallıq belədir və virusu dayandırmaq olduqca müşkülə çevrilib. ÜST ekspertinin fikrincə, indiki mərhələdə qarşıda duran vəzifə testlər, yoluxanların sosial çevrəsinin müəyyən edilməsi və lokal tədbirlər sayəsində yoluxmanın artmasını önləməkdən ibarət olmalıdır. Bununla da bu ilin yazında olan ümumölkə karantinlərinin tətbiqinin qarşısını almaq olar. Eyni zamanda diqqətə çatdırılıb ki, insanların kütləvi toplandığı yerlər virusun yayılması üçün münbit şərait yaradır və bu kimi toplantılardan çəkinmək lazımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video