10 Avqust 2020 22:19
386
SİYASƏT
A- A+

Ankara şəhərində Azərbaycana növbəti dəstək aksiyası keçirilib


Türkiyənin paytaxtı Ankara şəhərinin Ulus rayonunda Azərbaycana dəstək məqsədilə aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün abidəsi önündə baş tutan aksiyada Ankarada yaşayan soydaşlarımız və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Aksiyada çıxış edənlər faşist mahiyyətli Ermənistanın törətdiyi təxribatlarla bağlı tarixi faktları sadalayıb, erməni lobbisinin və onun havadarlarının Azərbaycana və Türkiyəyə, bütövlükdə isə türk dünyasına qarşı yönəlmiş işğalçı, təcavüzkar siyasətini, beynəlxalq hüququn normalarına və bəşəri dəyərlərə zidd davranışını sərt şəkildə pisləyiblər. Natiqlər dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası, Cənubi Qafqaz bölgəsində ədalətli sülhün bərqərar olması naminə qətiyyətli addımlar atılmasını tələb ediblər.

Azərbaycan və Türkiyənin dövlət bayraqlarının, Tovuz təxribatı zamanı qəhrəmanlıqla həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların yazıldığı plakatların nümayiş etdirildiyi aksiyada "Cansa can, qansa qan, biz hazırıq Azərbaycan!”, "Qarabağ bizimdir, bizim olacaq!”, "Xocalıya ədalət!”, "Erməni işğalına son!”, "Bir millət, iki dövlət!” şüarları səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video