10 Avqust 2020 16:41
743
DÜNYA
A- A+

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib

İraqın şimalında Pençe-Kaplan əməliyyatı çərçivəsində altı PKK terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Pençe-Kaplan əməliyyatı çərçivəsində İraqın şimalındakı Haftanin rayonunda Türkiyə Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində PKK-nın altı terrorçusu zərərsizləşdirilib", - deyə məlumatda bildirilir.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, 1984-cü ildən, PKK terrorçuları Türkiyədə ilk dəfə qanlı cinayət törətdikdən sonra və 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əlindən Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 8800 dinc sakin həlak olub.

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatlarının siyahısına daxil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video