10 Avqust 2020 16:25
956
CƏMİYYƏT
A- A+

Bu il Zaqataladan ABŞ şirkətlərinə 950 kiloqram lavanda yağı ixrac olunub


Bu ilin birinci yarısında Zaqatala rayonunda fəaliyyət göstərən "AzRose” MMC-nin plantasiyalarından 438 ton 290 kiloqram qızılgül, 66 ton 955 kiloqram lavanda və 5 ton 900 kiloqram nanə ləçəyi tədarük olunub. Həmin müddətdə müəssisədə 121 litr qızılgül yağı, 1 ton lavanda yağı, 31 kiloqram nanə yağı, eyni zamanda, 15 ton qızılgül suyu, 8 ton lavanda suyu və 4 ton nanə suyu istehsal edilib. İlin əvvəlindən müəssisə tərəfindən ABŞ şirkətlərinə 950 kiloqram lavanda yağı ixrac olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.

Bildirilib ki, hazırda "AzRose” MMC-nin rayonun Aşağı Tala kəndinin ərazisində 151 hektar "Dəməşq qızılgülü”, 36 hektar lavanda gülü və 0,3 hektar nanə plantasiyaları var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video