10 Avqust 2020 13:40
561
İQTİSADİYYAT
A- A+

Azərbaycan məhsulları Çində beynəlxalq sərgidə nümayiş etdirilib


"Made in Azerbaijan” brendi ilə istehsal edilən məhsullarımız avqustun 8-dən 10-dək Çinin iri liman şəhərlərindən olan Çindaoda keçirilmiş 4-cü Çin yüksək keyfiyyətli şərab və spirtli içkilər sərgisində (The 4th China High-End Wine and Spirits Expo 2020) nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan məhsullarının cari ildə Çində nümayiş etdirildiyi ilk beynəlxalq sərgidir. Belə ki, ilin ilk yarısında koronavirus pandemiyası səbəbindən Çində keçirilməsi planlaşdırılan bütün beynəlxalq sərgilər təxirə salınmışdı.

"Brendin gücü” adı altında keçirilən builki sərgi miqyasına görə ötən ilkindən iki dəfə böyük olub, 200-dən çox yerli və xarici şirkət tərəfindən 6 min növə yaxın içki məhsulları nümayiş etdirilib. Şərab istehsalı sahəsində dünyanın öncül ölkələrindən olan Fransa, İspaniya, Yeni Zelandiya, Çilinin də qatıldığı sərginin 2020-ci ildə Çində keçirilən ilk alkoqollu içkilər sərgisi olması onun əhəmiyyətini bir qədər də artırıb və açılış mərasimində 35 minə yaxın insan iştirak edib.

Sərgidə "Made in Azerbaijan” vahid ölkə stendində Çində satışda olan Azərbaycanın üzüm və nar şərabları, araqlar və təbii nar şirələri nümayiş olunub, paralel olaraq satışı həyata keçirilib. Sərgi iştirakçıları Azərbaycan məhsullarına kifayət qədər böyük maraq göstərib, məhsulların Çinin müxtəlif regionlarında satışı ilə bağlı 30-dan çox yerli topdan alıcı ilə ilkin razılıq əldə edilib.

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu sərgi barədə məlumat verərək bildirib ki, dünyanda koronavirus pandemiyası ilə əlaqədar iqtisadi fəallığın zəifləməsinə baxmayaraq, Azərbaycan və Çin arasında ticari əlaqələrdə müsbət dinamika müşahidə olunur. Çin Kommersiya Nazirliyinin statistik məlumatına əsasən, cari ilin ilk 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Çinə Azərbaycandan kənd təsərrüfatı və qida məhsullarının idxalı 49 faiz artıb. Pandemiya fonunda bu artım özü-özlüyündə iki ölkə arasında ticarət münasibətlərinin durmadan inkişaf etdiyini və daha da böyük potensiala malik olduğunu göstərir.

Ticarət nümayəndəsi qeyd edib ki, Azərbaycanın ixracyönümlü və rəqabətqabiliyyətli məhsullarının Çində satış kanallarını genişləndirmək, məhsulları daha çox yerli istehlakçılar, iş adamları və idxalçılar arasında tanıtmaq üçün bu cür sərgilərdə iştirak böyük önəm daşıyır. Məlum səbəblərdən ilin ilk yarısında məhsullarımızın Çində sərgilər vasitəsilə nümayişi mümkün olmayıb. Çindao sərgisi Azərbaycan məhsullarının cari ildə Çində sərgiləndiyi ilk sərgidir. İlin sonuna kimi daha bir neçə sərgidə, o cümlədən 3-cü Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) məhsullarımızın nümayişi nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video