10 Avqust 2020 12:25
553
DÜNYA
A- A+

Hindistanda COVID-19 səbəbindən gündəlik ölüm sayı mini aşıb


Hindistanda ötən sutka ərzində COVID-19 səbəbindən 1007 ölüm qeydə alınıb. Bu, pandemiya dövründə Hindistanda qeydə alınmış gündəlik ən yüksək ölüm sayıdır. İndiyədək ölkədə COVID-19 səbəbindən 44 min 386 ölüm hadisəsi baş verib.

AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ötən sutka ölkədə yeni növ koronavirusa 62 min 64 yoluxma faktı aşkarlanıb. Son 11 gündə Hindistanda gündəlik yoluxma sayı 50 mindən, son 4 gündə isə 60 mindən çox olub. Bundan başqa, son 6 sutkada Hindistan gündəlik yoluxma hallarının sayına görə bütün ölkələri qabaqlayıb.

Federal Səhiyyə Nazirliyi Hindistanda indiyədək 2 milyon 215 min 74 yoluxma qeydə alındığını, pasiyentlərin təxminən 68 faizinin sağaldığını açıqlayıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxma sayına görə ABŞ və Braziliyadan sonra üçüncü sıradadır. Ən çox yoluxma halları Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video