09 Avqust 2020 22:37
1159
İDMAN
A- A+

“Qarabağ”ın rəqibini yaxından tanıyaq


Ağdamın "Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks” klubu ilə üz-üzə gələcək.

AZƏRTAC klubun "Facebook” səhifəsinə istinadla xəbər verir ki, bir görüşdən ibarət olacaq mərhələnin oyunu evdə keçiriləcək.

Kratovonu təmsil edən "Sileks” Şimali Makedoniya çempionatının koronavirus pandemiyasına görə yarımçıq dayandırılan ötən mövsümündə 23 tura topladığı 36 xalla ikinci olub. Komanda üçüncü yerdəki "Şkendiya”nı cəmi 1 xal qabaqlayıb, çempion "Vardar”dan isə 10 xal geri qalıb. Ancaq "Vardar” avrokuboklara iştirak lisenziyası ala bilmədiyindən "Sileks” UEFA Çempionlar Liqasında yarışmaq hüququ qazanıb. Əlli beş yaşlı klub indiyə qədər üç dəfə ölkəsində çempion adını qazanıb. Bunlar ötən əsrin son 10 illiyinə təsadüf edir. "Sileks” 1996-1998-ci illər arasında ölkədə ən güclü olub. Ev oyunlarını 1800 azarkeş tutumuna malik "Qradski” stadionunda keçirən klub, altı dəfə çempionatı ikinci yerdə bitirib. "Sileks”in uğurları sırasında dörd dəfə ölkə kubokunu qazanmaq, bir dəfə ikinci liqanın qalibi olmaq da var.

Komandanı 45 yaşlı Qoran Simov çalışdırır. "Sileks”in heyəti tamamilə Şimali Makedoniya və Serbiyadan olan futbolçulardan qurulub. Ötən mövsüm komandanın ən sərrast futbolçusu dörd qolla İvan İvanovski olub.

"Sileks”in qitəmiqyaslı yarışlarda 18 oyun keçirən komanda 4 qələbə qazanıb, 3 heç-heçə edib, 11 matçda isə məğlub olub. 18 top vuran kratovolular 32 qola üzülüb. "Sileks” indiyə qədər avrokuboklarda cəmi 1 dəfə mərhələ keçib. 1995-1996-cı illər mövsümündə keçirilən Kubok Qalibləri Kubokunun yarışan klub ilk mərhələdə Macarıstan təmsilçisi "Vaç”ı keçsə də, ardınca "Borussiya Münhenqladbax” uduzaraq, mübarizəni dayandırıb. Bundan sonra İntertoto Kuboku, UEFA kuboku və UEFA Çempionlar Liqasındakı bütün cəhdlər uğursuz olub.

"Sileks” sonuncu dəfə 2016-2017-ci il mövsümündə avrokuboklarda oynayıb. UEFA Avropa Liqasında yarışan kollektiv I təsnifat mərhələsində iki oyunun cəmində Lixtenşteynın "Vaduts” klubuna yenilərək (2:5) mübarizəni dayandırıb.

Qeyd edək ki, qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarətdir. Birinci təsnifat mərhələsinin oyunları 18-19 avqustda keçiriləcək. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qalib komanda UEFA Çempionlar Liqasında, məğlub isə UEFA Avropa Liqasında II təsnifat mərhələsinə keçəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video