09 Avqust 2020 18:40
641
DÜNYA
A- A+

Gürcüstanda ermənilərin törətdiyi iğtişaşların qarşısı alınıb


Axalkalakidə vəziyyət sabitdir və bölgəyə çoxlu sayda polis qüvvələri cəlb olunub. Bölgədə sabitlik və təhlükəsizliyi qorumaq üçün bütün preventiv tədbirlər görüləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Daxili İşlər nazirinin müavini Vladimir Bortsvadze jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Axalkalaki şəhərində avqustun 9-da gecə baş verən qarşıdurmalarla bağlı istintaq başlayıb, saxlanılanlar var.

Nazir müavini deyib ki, faktla bağlı qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silahın əldə olunması və saxlanılması, başqasının əmlakının zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunan qrup halında zorakılıq maddələri üzrə cinayət işi açılıb.

"Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürmə və odlu silahı qanunsuz əldə etmədə təqsirli bilinən 1983-cü il təvəllüdlü şəxs saxlanılıb. Onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir”, - deyə V.Bortsvadze vurğulayıb.

V.Bortsvadzenin sözlərinə görə, istintaqla müəyyən olunub ki, saxlanılan şəxs mübahisə zəminində 1993-cü il təvəllüdlü şəxsi odlu silahla ölümcül yaralayıb. Gənc xəstəxanaya çatdırılmadan öncə dünyasını dəyişib. Qətldə şübhəli bilinən şəxsin üzərində axtarış zamanı odlu silah maddi sübut kimi müsadirə edilib.

Hazırda qrup halında zorakılıqda iştirak edən digər şəxslərin müəyyən edilməsi və saxlanılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən gün axşam saatlarında Axalkalakidə gəncin qətlə yetirilməsindən sonra şəhərdə qarşıdurmalar baş verib, iğtişaşlar törədilib. Nəticədə 4 ev və 1 oteldə dağıntılar törədilib, binalar yandırılıb. Bir neçə avtomobilə ciddi ziyan vurulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video