Alternative content

16:10 25 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 5 rayona səfər, 11 obyektin açılışı, 14 sərəncam, 71,2 milyon manat dövlət yardımı
5 rayona səfər, 11 obyektin açılışı, 14 sərəncam, 71,2 milyon manat dövlət yardımı
ANA SƏHİFƏ / SİYASƏT
00:58 09.08.2020

Prezident İlham Əliyev qlobal böhran şəraitində də regionların tərəqqisini şərtləndirən bütün layihələri uğurla reallaşdırır

Qlobal böhranın dünya iqtisadiyyatına mənfi təsirləri getdikcə böyüməkdədir. Pandemiyanın hələ də davam etməsi, bəzi dövlətlərin bütün sosial-iqtisadi layihələrini təxirə salaraq güclərini yalnız virusla mübarizə tədbirlərinə yönəltməsi qarşıdakı dövrdə böhranın daha da dərinləşəcəyini deməyə əsas yaradır.

Məhz belə bir dövrdə insan sağlamlığının qorunmasını prioritet vəzifə kimi müəyyənləşdirən dövlətlərin iqtisadiyyatında tənəzzül müşahidə olunsa da, virusa qarşı mübarizədə müsbət dinamikanın əldə edilməsi uğurlu nəticə kimi dəyərləndirililir və beynəlxalq səviyyədə təqdir edilir. Həmin dövlətlərdən biri də Azərbaycandır.

Aylardır pandemiya ilə mübarizədə mühüm qərarlar qəbul edən, üzərinə düşən vəzifələri layiqincə reallaşdıran və hətta heç bir sosal layihəni təxirə salmayan Prezident İlham Əliyevin qətiyyətli addımları Ümumdünya Səhiyyə Təşkilatı, BMT kimi nüfuzlu qurumlar tərəfindən digər ölkələrə nümunə olaraq göstərilir.

Pandemiya ilə mübarizədə və sosial layihələrin icrasında uğurlu nəticələr var

Bəzi ölkələr pandemiya ilə mübarizədə aciz durumda qalaraq beynəlxalq qurumlardan, böyük dövlətlərdən yardım istəmək məcburiyyətində qaldığı halda, Azərbaycan bu istiqamətdə layihələrini öz hesabına, heç bir təşkilatdan borc almadan həyata keçirir. Bu da, əlbəttə ki, ilk növbədə, Azərbaycanın iqtisadi qüdrətinin və cənab İlham Əliyevin siyasi müdrikliyinin, qətiyyətli, cəsarətli qərarlarının göstəricisidir.

Həyata keçirdiyi uzaqgörən siyasəti, mütərəqqi islahatları ilə Azərbaycanı çətin sınaqlardan üzüağ çıxaran cənab

İlham Əliyevin pandemiya dövründə də insan sağlamlığının qorunmasını, əhalinin rifah halının yaxşılaşdırılmasını və ilin əvvəlində müəyyənləşdirilən sosial layihələrin icrasını uğurla reallığa çevirməsi xalq tərəfindən də çox yüksək qiymətləndirilir. Bunu vətəndaşların Prezidentə ünvanladıqları minlərlə məktublarda yer alan səmimi fikirlər də bir daha təsdiqləyir.

Sirr deyil ki, qlobal böhran digər ölkələr kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Ölkə iqtisadiyyatındakı 2,7 faizlik tənəzzülə baxmayaraq, koronavirusla mübarizə tədbirləri yüksək səviyyədə davam etdirilir, ilin əvvəlində müəyyənləşdirilən proqramlar reallığa çevrilir, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan bütün layihələr uğurla icra edilir. Bunu Prezidentin respublikanın şimal-qərb bölgəsinə səfəri zamanı 5 rayonda görülən işlər bir daha təsdiqlədi. Qobustan, İsmayıllı, Balakən, Şəki və Qəbələ rayonlarında inşa edilən mühüm sosial-iqtisadi obyektlər, ictimai iaşə müəssisələri, yenidən qurulan yol-nəqliyyat infrastrukturları göstərdi ki, iqtisadiyyatımız tənəzzülə uğrasa da, dövlət heç bir sosial layihəni ixtisar etmir. Hətta ötən illə müqayisədə bu il xalqın rifah halının yaxşılaşdırılmasına yönələn daha çox sosial layihə gerçəkləşməkdədir.

9 modul tipli xəstəxana, 31 laboratoriya, 38 müasir təcili tibbi yardım avtomobili

8 aydır ki, Azərbaycanda koronavirusla mübarizədə vətəndaşların sağlamlıqlarının qorunması Prezidentin gündəliyində birinci olaraq qalır. Cənab İlham Əliyevin göstərişi ilə virusa yoluxan insanların müalicəsi üçün qısa zaman ərzində müasir klinikaların, modul tipli xəstəxanaların, tibbi maska fabriki, qoruyucu kombinezonlar və digər ləvazimatlar istehsal edən müəssisələrin yaradılması bunu təsdiqləyən reallıqdır.

Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə virusla mübarizədə müsbət dinamika müşahidə olunmaqdadır.

Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Yəni modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmədə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.

Dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb. Prezidentin şimal-qərb bölgəsinə səfəri Qobustan, İsmayıllı, Şəki və Qəbələdə modul tipli xəstəxanaların açılışından sonra ölkədə bu tip müalicə mərkəzlərinin sayı 9-a çatdı. Hazırda həmin 4 rayonda və ikisi Bakıda olmaqla, Sumqayıtda, Gəncədə və Abşeronda modul tipli xəstəxanalar fəaliyyətdədir.

Şəkidə modul tipli xəstəxananın açılışı zamanı cənab İlham Əliyev bu istiqamətdə görülən işləri dəyərləndirərkən vurğuladı ki, bu 10 xəstəxananın fəaliyyəti nəticəsində əlavə 2 min çarpayılıq tibb mərkəzlərinə sahib olacğıq. Bununla yanaşı, hər biri 200 çarpayılıq modul tipli əlavə 6 xəstəxananın ölkəmizə gətirilməsi məsələsi də həll olunur.

Bununla paralel olaraq Fövqəladə Hallar Nazirliyinin 800 çarpayılıq xəstəxanası açılıb. Həmçinin 1300 çarpayılıq ikinci xəstəxana da açılacaq: "Beləliklə, orada 2100 çarpayı olacaq. Artıq iki min çarpayı fondu vardır. Bu, 4100 çarpayı edir. Altı əlavə modul tipli xəstəxananın fəaliyyəti nəticəsində bizdə təqribən 6 minə yaxın çarpayı fondu yaranır. Əlbəttə ki, əgər bu məsələlər öz həllini tapmasaydı, biz bu gün koronavirusla bağlı çox böyük problemlərlə üzləşə bilərdik”.

Hazırda ölkəmizin 46 xəstəxanasında koronavirus xəstələri müalicə alır. Bu xəstəxanaların 41-i Prezident İlham Əliyevin göstərişi ilə son 16 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Pandemiyaya qədər ölkə ərazisində cəmi altı laboratoriya var idi. Operativ tədbirlər nəticəsində bu gün laboratoriyaların sayı 31-ə çatıb.

İyulun 30-da isə Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Bu təcili tibbi yardım avtomobillərinin alınması koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən səhiyyə sisteminin bu cür ixtisaslaşdırılmış avtomobillərlə təminatının yüksəldilməsi istiqamətində atılan növbəti addımdır.

"Mercedes Sprinter 416” markalı avtomobilin bazasında Türkiyədə yığılan 24 reanimobil, 42 sadə təcili tibbi yardım avtomobili və Türkiyə istehsalı olan "Ford Transit” markalı 10 sadə və 24 reanimobil "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə imzalanmış müqavilə əsasında satın alınıb. Artıq ölkəmizə 38 təcili tibbi yardım avtomobili idxal olunub. Onlardan 10-u Bakıya gətirilib, 28 avtomobil sərhədi keçib və paytaxta gətirilməsi nəzərdə tutulur. Qalan 62 avtomobil isə avqust ayının sonuna qədər ölkəyə çatdırılacaq.

Göründüyü kimi, Azərbaycanda COVID-19-la mübarizə sahəsində çox mühüm tədbirlər görülür. Cənab İlham Əliyevin şəxsi tapşırığı ilə qabaqcıl şirkətlərin istehsalı olan ən müasir tibb avadanlığı ilə təchiz edilən bu cür maşınların ölkəmizə gətirilməsi hazırkı dövrdə, pandemiya ilə mübarizə aparılan bir şəraitdə çox mühüm rol oynayır. Bu, Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına nə dərəcədə həssas yanaşdığının göstəricisidir.

20-ci "ASAN xidmət”, yeni yolların inşası regional inkişafın göstəricisidir

Prezidentin respublikanın şimal-qərb bölgəsinə səfəri zamanı 5 rayonda yeni sosial-iaşə obyektlərinin, müxtəlif kənd və qəsəbələri birləşdirən yeni yolların açılış mərasimləri oldu. Bu da ilk növbədə onu təsdiq etdi ki, vətəndaşların sağlamlıqlarının qorunmasını ön planda saxlayan Prezident, həmçinin ölkədaxili yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və regionlarda əhaliyə göstərilən sosial xidmətin daha da asanlaşdırılması ilə bağlı nəzərdə tutulan bütün sosial layihələri uğurla reallaşdırır.

Hər zaman olduğu kimi, cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində görülən işlərin icrasının yekunları ilə şəxsən maraqlanır, yeni yaradılan müəssisələrin açılış mərasimlərində iştirak edərək xeyir-duasını verir, ictimaiyyət nümayəndələri ilə səmimi görüşlər keçirərək onların problemlərini dinləyir və aidiyyəti orqanlara ciddi tapşırıqlarını, göstərişlərini verir.

Prezidentin səfəri çərçivəsində Balakəndə "ASAN xidmət” mərkəzinin açılışı oldu. Qeyd edək ki, bu mərkəzə qədər 5-i Bakı şəhərində, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz və Ağcabədidə olmaqla, 19 mərkəz var idi. Balakəndə açılışı olan "ASAN xidmət” mərkəzi sayca 20-ci oldu. Digər mərkəzlərdə olduğu kimi, burada da vətəndaşlara 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstəriləcək.

Həm 20-ci "ASAN xidmət”in, həm "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin, Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışı, İsmayıllıda "DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması bir daha Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfinin dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi olduğunu təsdiqlədi.

Həmçinin Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi ilə tanışlıq, İsmayıllı rayonunda Təzəkənd-Ağbulaq-Qoşakənd, Qəbələdə Əmirvan-Vəndam, Şəkidə Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz, həmçinin Balakən-Qazbinə-İtitala yollarının istifadəyə verilməsi də ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işinin uğurla davam etdiyini göstərdi. Əgər əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması diqqət mərkəzində idisə, indi yerli əhəmiyyətli yolların inşasına da xüsusi diqqət yetirilir.

Cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq ölkəmizin demək olar ki, bütün yaşayış məntəqələrində mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərin daxili yolları yenidən tikilir.

Şimal-qərb bölgəsində sosial layihələrin icrası ilə bağlı 14 sərəncam imzalandı

Bütün bunlar bir daha təsdiqləyir ki, ölkəmizin qlobal böhran şəraitində olmasına baxmayaraq, əhalinin sağlamlığının qorunması ilə yanaşı, sosial müdafiənin təmin edilməsi, yeni yolların, körpülərin inşası, regionlarda su kanalizasiya sisteminin yenidən qurulması, subartezian quyularının sayının çoxalması Prezidentin siyasətinin prioritetidir.

Şimal-qərb bölgəsinə səfərindən sonra dövlət başçısının imzaladığı 14 sərəncam da göstərdi ki, Prezident təkcə pandemiya ilə mübarizə sahəsinə deyil, regional inkişafı şərtləndirən layihələrin də reallaşması üçün ehtiyat fondundan vəsait ayırır.

Cənab İlham Əliyevin 4 sərəncamı ilə Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə layihələndirmə və tikinti-quraşdırma işlərinin icrasına (1 milyon manat), Balakəndə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə (700 min manat), Balakənin Yeni Şərif kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisinə (1,5 milyon manat), Balakəndə istifadəyə verilmiş "ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlərə (3 milyon manat) ümumilikdə 6,2 milyon manat vəsait ayrıldı.

Dövlət başçısı həmçinin bu rayonlarda yol infrastrukturunun, yeni körpünün inşası üçün əlavə 4 sərəncam imzaladı. Bu sərəncamlara əsasən, İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (17 km)-Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun tikintisinə (21,8 milyon manat), Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisinə (15 milyon manat), Qaraməryəm-İsmayıllı-Şəki (134 km)-Şirinbulaq avtomobil yolunun tikintisinə (12 milyon manat) və Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması üçün (10 milyon manat) ümumilikdə 65 milyon manat vəsait yönləndirildi.

Digər sosial-iaşə obyektlərinin, məktəb binalarının tikintisi üçün imzalanan 6 sərəncama əsasən, İsmayıllı ərazisində "DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisinə (500 min manat), İsmayıllının Sumağallı, Qobustanın Təklə Mirzəbaba, Qəbələnin Zarağan kəndlərində (hər biri üçün 1 milyon manat), Şəki şəhərində yeni ümumtəhsil məktəb binasının tikintisinə (2 milyon manat), həmçinin Qəbələdə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlərin (700 min manat) icrasına 6,2 milyon manat vəsait ayrıldı.

Dövlət başçısının sərəncamlarına əsasən, adıçəkilən rayonlarda sosial infrastruktur layihələrinin reallaşması üçün ayrılan 71,2 milyon manat vəsait onu deməyə əsas verir ki, cənab İlham Əliyev hətta qlobal böhran şəraitində də regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayırır.

Azərbaycanın istənilən böhranla mübarizə aparmağa qüdrəti, gücü çatır

Azərbaycan dövləti bütün bu proseləri öz gücünə həyata keçirir. Düzdür, cənab İlham Əliyev əsas diqqətini daha çox pandemiya ilə mübarizə tədbirlərinə yönəltsə də, digər sosial layihələri, regional inkişafı şərtləndirən proqramların da icrasını uğurla reallaşdırır.

Şəkidə modul tipli xəstəxananın açılışı zamanı pandemiya dövründə görülən işləri, həyata keçirilən sosial layihələri dəyərləndirən dövlət başçısı əminliklə vurğuladı ki, bundan sonra da bütün digər məsələlər uğurla öz həllini tapacaq. Çünki Azərbaycanın çox gözəl perspektivləri var: "Biz artıq dayanıqlı iqtisadiyyat yaratmışıq, hətta neftin qiymətinin düşməsini Azərbaycan vətəndaşları hiss etmədilər. Biz bu ağır vəziyyətdə pandemiya ilə mübarizəyə böyük vəsait ayırırıq. Dediyim kimi, dövlət büdcəsinə əlavələr edilməlidir, dürüstləşmə aparılmalıdır. Əlavə xərclər cəlb ediləcək ki, insanlar daha da yaxşı yaşasınlar, ölkəmiz daha da güclənsin və inkişaf etsin”.

Cənab İlham Əliyevin həm pandemiya ilə mübarizə istiqamətində gördüyü qabaqlayıcı tədbirlər, dünya dövlətlərinə qlobal böhrana qarşı beynəlxalq həmrəylik çağırışı, 30 dövlətə göstərilən yardımlar, həmçinin ölkə daxilində reallaşdırdığı sosial layihələrin uğurlu nəticələri göstərir ki, Azərbaycanın istənilən böhranla mübarizə aparmağa qüdrəti, gücü çatır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”






NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM