09 Avqust 2020 00:53
780
İQTİSADİYYAT
A- A+

Vətəndaşlar üçün əlverişli qazanc forması - özünümƏşğulluq


Pandemiya dövründə bu istiqamət işsizlərə dəstək proqramında daha mühüm yer tutdu

Ölkəmizdə insanların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Prezident İlham Əliyev yeni iş yerlərinin açılmasının əhalisi getdikcə artan Azərbaycan üçün prioritet vəzifələrdən olduğunu dəfələrlə vurğulayıb. Problemin yüksək səviyyədə həlli üçün yeni yollardan, ehtiyat mənbələrindən istifadə olunur.

İnsanların işlə təmin olunması istiqamətində atılan uğurlu addımlardan biri özünüməşğulluğun inkişaf etdirilməsidir. Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə.
Koronavirus pandemiyası şəraitində bu proqramın əhəmiyyəti daha da artıb. Hamıya məlumdur ki, dövlətimiz pandemiyanın yaratdığı çətin vəziyyətdə insanların sağlamlığını və rifahını önə çəkdi. Bundan sonra dayanan ikinci məsələ iqtisadiyyatın inkişafıdır. Özünüməşğulluq elə bir proqramdır ki, həm insanların güzəranının yaxşılaşmasına xidmət edir, həm də iqtisadi inkişafa töhvə verir. Bu baxımdan Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında özünüməşğulluq məsələsinə bir daha toxunulması qanunauyğun haldır.
Dolanışıq səviyyəsi aşağı olan vətəndaşlara dövlət həmişə qayğı və diqqət göstərir. Bununla yanaşı, həm də ehtiyaclarını ödəmək üçün hər bir ailənin özünün imkanlarının yaranmasına dəstək verilir. Özünüməşğulluq da məhz maddi çətinliyi olan ailələrin özlərinə yaxşı dolanışıq şəraiti yaratmasına yönəldilib. Bir neçə ildir dövlət orqanları, yerli icra orqanları və özəl qurumlar bu istiqamətdə layihələr həyata keçirirlər və artıq müəyyən uğurlu addımlar atılıb.
Özünüməşğulluq proqramı əhalidə böyük maraq oyadıb. Proqrama qoşulmaq üçün minlərlə insan müraciət edib. Ona görə də burada prioritetləşmə elə şəkildə qoyulub ki, əlilliyi olan şəxslər, şəhid ailələri, məcburi köçkünlər, ailəsində şəhid və əlil olan insanlara üstünlük verilsin. 2017-ci ildə bu proqram 1500 ailəni əhatə etmişdisə, 2018-ci ildə belə ailələrin sayı 7 minə, 2019-cu ildə isə 10 minə çatmışdır.
Nazirlər Kabinetinin sözügedən iclasında Prezident İlham Əliyev sosial layihələrin icrasının bundan sonra da davam etdiriləcəyini vurğulayaraq demişdir: "Bizim siyasətimizin əsas məsələsi elə budur. Pandemiya dövrü bir daha göstərdi ki, biz bu çətin dövrdə də bu siyasətdən kənara çıxmırıq və gəlirlərimizin azalmasına baxmayaraq, bütün sosial layihələr artıqlaması ilə icra ediləcək və bütünlükdə deyə bilərəm ki, bu il bu baxımdan rekord göstəricidir... Biz insanları özünüməşğulluq proqramı ilə rekord sayda əhatə edəcəyik - 12 min, heç vaxt bu qədər olmayıb.”
Pandemiya dövründə özünüməşğulluq işsizlərə dəstək proqramında daha mühüm yer tutdu. Artıq özünüməşğulluq proqramına Dünya Bankı da qoşulub, həmçinin BMT-nin İnkişaf Proqramı ilə birgə layihələr həyata keçirilir. Bu sahədə Heydər Əliyev Fondunun Regional İnkişaf Birliyi və yerli banklar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə fəal əməkdaşlıq edirlər.
Qeyri neft-qaz sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında özünüməşğulluğun inkişafı üçün xüsusilə geniş imkanlar var. Aqrar sahənin qarşısında bütün istiqamətlərdə yeni üfüqlər açılıb. Həqiqətən də, kənd yerlərində çox insanlar ailələri ilə birlikdə heyvandarlıqla, quşçuluqla, arıçılıqla, bağçılıqla, tərəvəzçiliklə məşğul olurlar. Dövlət də onlara maddi dəstək verir. Başqa sözlə, özünüməşğulluğa diqqətin artırılması bu insanlara öz fəaliyyətlərini genişləndirmək üçün münasib şərait yaradır.
Odur ki, bu proqrama qoşulanların sayı getdikcə artır və onun sürətlə icrası üçün də müvafiq tədbirlər görülür. Doğrudur, karantin rejimində xüsusilə təlimlərin keçirilməsində müəyyən çətinliklər irəli gəlir. Ona görə də onlayn təlimlərə üstünlük verilir. Xüsusi elektron portalda həm müraciətçilər, həm də aktiv alanlarla bağlı bütün məlumatlar ictimaiyyətə tam şəkildə açıqlanır.
Məqsəd əhalinin bu proqramdan ciddi şəkildə bəhrələnməsidir. Çünki özünüməşğulluq perspektivli proqramdır. Bu proqram insanların özlərinin dolanışığını yaxşılaşdırmağa, bəzi vətəndaşları ələbaxımlıq vərdişindən çəkindirməyə kömək edəcək. Eyni zamanda iqtisadi inkişafa təkan verəcək, xüsusilə regionlarda məşğulluq probleminin həllini sürətləndirəcək.

Flora SADIQLI,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video