Alternative content

07:21 28 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sumqayıtın ilk məktəbinə yeni bina tikilir
Sumqayıtın ilk məktəbinə yeni bina tikilir
ANA SƏHİFƏ / Təhsil
00:34 09.08.2020

Sumqayıtda ilk məktəb binası 73 il əvvəl inşa edilib. Məktəb öz istismar müddətini başa vurduğundan tam yararsız hala düşmüşdü. Burada dərslərin keçirilməsi, otaqların yararsızlığı hələ pandemiyadan qabaq dəfələrlə təhsildə davamiyyətin pozulması ilə nəticələnmişdi. Tikinti istismar müddətini başa vurduğundan dövlət başçısının sərəncamı ilə yeni məktəb binası tikilir.

Sumqayıtda təhsilə xüsusi qayğı ilə yanaşılır. Artıq neçə illərdir ki, şəhər məktəblilərinin təhsil göstəriciləri respublikanın öncül yerini tutur və məktəblərdə tədrisin inkişafının daha da yaxşılaşması üçün layihələr həyata keçirilir. Bu yolda məktəbin yüksək texnologiyalarla tədrisi, işıqlı sinif otaqlarının olması vacibdir. Bu tədris ilindən başlayaraq Sumqayıt şəhərinin ilk ümumtəhsil məktəbi üçün yeni bina tikilir. Bakı xalq maarif komissarlığı nəzdində fəaliyyətə başlayan məktəb 200 nömrəli məktəb kimi təhsil müəssisəsinə çevrilib. Şəhərin ictimai həyatında bu məktəbin rolu böyük olub. Yeni qurulan Sumqayıtın ilk inşaatçılarının övladları məhz bu məktəbdə təhsil alıb. Sumqayıtın həmyaşıdı olan məktəb 600 şagirdlik idi və burada şəhər quruculuğunun ilk illərində rayonlardan gələn gənclərə peşə təhsili də öyrədilirdi. Həmin dörlərdə iki və üç növbəli şəkildə fəaliyyət göstərən məktəbin yetirmələri sonradan Sumqayıtın qurucularına çevrildilər.
1 saylı tam orta məktəbin dördmərtəbəli yeni binasının tikintisinə yanvar ayından başlanılıb. Yeni məktəbdə 1800 şagirdin təhsil alması mümkün olacaqdır. Hazırda həmin ərazidə yeni məktəb binasının tikintisinin 50 faizə yaxın işi görülüb. Yeni bina dördmərtəbəli və 4 korpuslu olacaq. Arxitektura baxımından yeni məktəb binası daha yaraşıqlı olacaq və üslub keyfiyyətlərinə görə fərqlənəcək. Tikinti işləri bütün korpuslarda aparılır. Artıq dəmir işləri başa çatmaq üzrədir.
Burada 92 sinif otağından əlavə 12 fənn kabineti, 5 laboratoriya, akt və 2 qapalı idman zalı fəaliyyət göstərəcək. Sumqayıtın ilk təhsil ocağı şəraitinə görə də fərqlənəcək. Məktəb böyük olduğuna görə ibtidai və yuxarı siniflər üçün ayrıca idman zalı nəzərdə tutulub. Məktəbin akt zalı 840 yerlikdir. Onu da bildirək ki, bu şəhər təhsil müəssisələrində bir yenilikdir. Həmçinin bütün fənlər üzrə kabinələr fərqli mərtəbələrdə yerləşəcək. Bu da təhsil müəssisəsində fənlərin bir-birinə mane olmamasına şərait yaradacaq.
Məktəbin istilik sistemi də yeni qaydada qurulacaq. Şəhərin digər təhsil ocaqları mərkəzləşmiş sistem üzrə qurulub. Burada isə yalnız məktəb binasının istilik və havalandırma sistemi olacaq. Məktəbdə valideynlər üçün ayrıca diskussiya otaqlarının tikintisi də da nəzərdə tutulub.
Məktəbin tikintisində işlər sürətlə davam edir. Yeni təhsil müəssisəsinin qarşıdan gələn tədris ilində fəaliyyətə başlayacağı nəzərdə tutulub.

Akif ƏLİYEV,
"Azərbaycan”






NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM