Alternative content

06:09 28 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV "Azərişıq" Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
"Azərişıq" Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:10 08.08.2020

"Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində Almaniyanın "EKM Global Consulting GMbH" şirkəti ilə qarşılıqlı əməkdaşlıq haqda memorandum imzalanıb.

Bu barədə AZƏRTAC-a "Azərişıq" ASC-dən bildirilib.

"EKM Global Consulting GMbH" şirkətinin rəhbəri Elşən Musayev deyib ki, bu gün ölkədə innovativ texnologiyaların tətbiqi iqtisadiyyatın bütün sahələrini əhatə etməklə yanaşı, gənc kadr potensialının yetişdirilməsi və yaxşılaşdırılmasında da müsbət nəticələr əldə etməyə geniş imkanlar yaradır. Bu baxımdan, "Azərişıq" ASC, elektroenergetika sahəsində ilk dəfə olaraq, Ağıllı Şəbəkələr konsepsiyası çərçivəsində elektrik şəbəkələrin elektron idarə edilməsində müasir 3D-mobil xəritə layihəsini reallaşdıraraq, virtual monitorinq sisteminin əsasını qoyub. Əminəm ki, gələcəkdə də müasir və innovativ texnoloji nailiyyətlərin mənimsənilməsi və bu istiqamətdə peşəkar kadrların hazırlanmasında Tədris və İnnovasiyalar Mərkəzinin mütəxəssisləri ilə perspektiv əməkdaşlıq uğurla davam etdiriləcək.

"Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə elektroenergetika sahəsinin yüksəkixtisaslı kadr potensialının yetişdirilməsi və təkmilləşdirilməsində müasir tələblərə cavab verən təlim-tədris metodikasının rəqəmsal texnologiyalar üzərində qurulduğunu qeyd edib. O, həmçinin məlumat verib ki, şəbəkələrin müasir, texnogen xarakterli innovativ üsullarla idarə edilməsinin təmin edilməsi üçün müvafiq kateqoriyalı mütəxəssislərin Virtual Reallıq Təlimlər sisteminin köməyi ilə hazırlanması qısa vaxt ərzində mühüm nailiyyətlər əldə etməyə geniş imkanlar yaradır. Bu, həm beynəlxalq təcrübənin öyrənilməsi, həm də paylayıcı şəbəkələrdə artıq tətbiq edilmiş və edilməsi nəzərdə tutulan innovasiyaların istifadə imkanlarının araşdırılması, layihələndirilməsi və mütəxəssislərin hazırlanması istiqamətində atılmış növbəti mühüm addımdır. Bundan sonra da, rəqəmsal və innovativ texnologiyalar sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, mənimsənilməsi və gənc kadr potensialına çatdırılması üçün "EKM Global Consulting" şirkəti ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini davam etdirəcəyik.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM