08 Avqust 2020 13:56
1262
İDMAN
A- A+

Avqustun 12-də futbol üzrə Azərbaycan çempionatının püşkü atılacaq


Peşəkar Futbol Liqası (PFL) ölkə çempionatının 2020-2021-ci il mövsümünün başlanması ilə əlaqədar qərar qəbul edib.

AZƏRTAC PFL-in saytına istinadla xəbər verir ki, müzakirələrdən sonra çempionatın avqustun 21-də başlanması qərara alınıb. PFL bu qərarın qəbulu zamanı AFFA İcraiyyə Komitəsinin yaratdığı İşçi Qrupun təklifini, AFFA ilə aparılan müzakirələri, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın açıq havada idman yarışlarına avqustun 10-dan etibarən icazə verməsini nəzərə alıb.

Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimi avqustun 12-də AFFA-nın inzibati binasında keçiriləcək. Klubların və KİV-lərin nümayəndələri üçün qapalı olacaq tədbir saat 15:00-da başlayacaq. Mərasim "CBC Sport” kanalı vasitəsilə birbaşa yayımlanacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video