08 Avqust 2020 13:52
650
CƏMİYYƏT
A- A+

TƏBİB-in şöbə müdiri: Yoluxmanın geniş yayıldığı və təcrübəsi çox olan ölkələrin tibb mütəxəssisləri ilə əməkdaşlıq edirik

Hazırda ölkəmizdə Çin və İtaliyadan gələn tibb mütəxəssisləri var. Onlar pandemiya xəstəxanalarını ziyarət edir və biz onlarla sıx əməkdaşlıq edirik. Əsasən yoluxmanın geniş yayıldığı ölkələrin mütəxəssisləri ilə ona görə əməkdaşlıq edirik ki, onların bu sahədə daha çox təcrübələri var.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Şöbə müdirinin dediyinə görə, yoluxmaların az olması isə daha çox sanitar-epidemioloji vəziyyətlə əlaqədardır: "Biz həmin ölkələrlə də, o cümlədən postsovet məkanı ölkələrinin tibb mütəxəssisləri ilə onlayn rejimdə görüşlər keçiririk və daha çox təmasların izlənilməsi mövzusunda müzakirələr aparırıq. Ölkəmizə dəvət edilən mütəxəssislərlə daha çox apardıqları müalicələr, xəstəxanalarda işlərin təşkili baxımından fikir mübadiləsi aparırıq. Hər hansı ölkənin müsbət təcrübəsinin olması bizim üçün yaxşı örnəkdir və istəyərik ki, belə təcrübələr çox olsun. Biz bu sahədə qabaqcıl təcrübədən bəhrələnməyə hazırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video