08 Avqust 2020 01:10
951
İQTİSADİYYAT
A- A+

Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq

Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) kənd təsərrüfatı sahəsində yeni layihəyə başlayıb.

"Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi ilə bağlı onlayn görüş keçirilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəsinin müavini Bariz Mehdiyev bildirib ki, layihənin icrası Zaqatala, Qax və Balakən rayonlarında ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan kiçik və orta sahibkarların məhsuldarlığını artıracaq və bazara çıxışını asanlaşdıracaq.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Proqram rəhbəri Rainer Freund qeyd edib ki, Azərbaycan inanılmaz dərəcədə zəngin aqro-ekoloji bölgələrə, müxtəlif iqlim tiplərinə və kənd təsərrüfatı məhsullarına malikdir: "Bu məhsullardan yerli qida məhsullarının hazırlanması ənənəsi davam edir. Avropa Birliyində və başqa yerlərdə onilliklər, bəlkə də yüzilliklərlə qorunan bu ənənə bir üstünlük kimi istifadə edilir, yerli məhsullarla bazara çıxışı inkişaf etdirmək və rəqabət mühitini gücləndirmək vasitəsinə çevrilir”. Layihənin əsas tərəfdaşlarından olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə yeni layihənin əhatə etdiyi rayonlardakı fermerlərin rifahına göstərəcəyi təsir barədə məlumat verib. Firdovsi Fikrətzadə sahədən yığıldığı kimi satışa çıxarılan məhsullardan fərqli olaraq əlavə dəyər qazanan məhsulların kəndlilərə daha çox gəlir gətirəcəyini bildirib. "Layihə bizə təkcə bir neçə dəyər zənciri yaratmağa deyil, həm də dəyər zəncirləri üzrə sistem yaratmağa imkan verəcək”, - deyə Firdovsi Fikrətzadə vurğulayıb. Layihənin rəhbəri Yusif Axundov əlavə edib ki, seçilmiş 6 ərzaq məhsulu üzrə dəyər zəncirləri yaradılacaq və istehsal olunmuş məhsulların bazara çıxışı təşkil olunacaq. Layihə rəhbəri istehsal edilmiş məhsullara bazar tapılması üçün bir sıra dövlət və özəl qurumlarla əlaqələr qurulacağını vurğulayıb.

Görüşdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Avropa İttifaqının, Dünya Bankının, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, bir sıra beynəlxalq layihələrin nümayəndələri, qeyri-hökumət təşkilatlarının, fermer assosiasiyalarının, özəl təşkilatların rəhbərləri iştirak ediblər. Çıxış edənlər fermerlərə məsləhət xidmətləri göstərmək üçün atılacaq addımlar, yaradılacaq innovativ platformalar barədə məlumatlar verib, beynəlxalq nümunələrdən danışıblar.

"Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video