08 Avqust 2020 01:10
545
İQTİSADİYYAT
A- A+

Tekirdağ Üzümçülük Araşdırma İnstitutu ilə birgə tədqiqatlara başlanılıb

Azərbaycanın qiymətli, geniş yayılmış, tezyetişən 15 yerli süfrə və kişmişi üzüm sortlarından götürülmüş nümunələr üzərində tədqiqatlara başlanılıb. Tədqiqatlar Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Tekirdağ Üzümçülük Araşdırma İnstitutu ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən "Beynəlxalq Üzüm/Anaç Kolleksiyasının Yaradılması və Mühafizəsi” (Uluslararası Asma Çeşit/Anaç Koleksiyonunun Oluşturulması ve Muhafazası) layihəsi çərçivəsində üzüm sortlarının genefond mübadiləsi, seleksiyası, identifikasiyası, birgə analizi məqsədilə aparılır.

Tekirdağ Üzümçülük Araşdırma İnstitutu ilə virussuz əkin materialı, fillokseraya davamlı calaq-ting istehsal texnologiyası, toxum embrionunun və digər toxuma kulturalarının "in vitro” çoxaldılma üsulları, tetraploid formaların alınması, üzümün hibrid formalarının yuvenil dövründə toxumsuzluğa görə erkən molekulyar genetik markerlərlə təyini, üzüm genotiplərinin molekulyar-genetik markerlərlə identifikasiyası, üzümün patogen orqanizmlərə davamlılığının laborator şəraitdə tədqiqi və digər sahələrdə əməkdaşlığa dair birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Növbəti mövsümdə tədqiqatların əhatə dairəsinin genişləndirilməsi və yeni istiqamətlər üzrə tədqiqatların aparılması üçün Azərbaycanın digər qiymətli yerli süfrə, kişmişi və şərablıq üzüm sortları üzərində də araşdırmalar aparılacaq.

Qeyd edək ki, təcrübə mübadiləsi və birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi məqsədilə 2019-cu ildə Tekirdağ Üzümçülük Araşdırma İnstitutunun mütəxəssisləri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri arasında elmi görüş keçirilib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video