08 Avqust 2020 01:05
563
CƏMİYYƏT
A- A+

“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş


Azərbaycan Respublikasının Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazırıq” adlı onlayn tədbir keçirilib.
Fonddan AZƏRTAC-a verilən məlumata görə, onlayn tədbirdə vurğulanıb ki, iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə düşmənin xain və qəfil təxribatının qarşısını rəşadətlə alan Azərbaycan Ordusu hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Qeyd edilib ki, həmin döyüşlərdə Azərbaycanın igid oğulları Vətən torpağının azadlığı uğrunda canlarından keçərkən, arxa cəbhədə də vətəndaşlarımız, xüsusilə gənclər ordumuza və əsgərlərimizə dəstək nümayiş etdirərək, hər an ön cəbhədə vətənin müdafiəsinə hazır olduqlarını bildiriblər. Prezident İlham Əliyevin çağırışına uyğun olaraq, ən qısa zamanda on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.
Görüşdə iştirak edən Qarabağ qaziləri və hərbi jurnalistlər bu şəraitdə Azərbaycan gəncliyinin öz gücünü necə göstərməsindən, ordumuza necə dəstək ola biləcəyindən danışıb və tövsiyələrini veriblər.
Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi "Facebook” səhifəsindən canlı yayımlanan onlayn görüşə minlərlə gənc qoşulub.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video