07 Avqust 2020 15:20
638
SİYASƏT
A- A+

Xarici KİV-lərdə Ermənistan-Azərbaycan münaqişəsinə dair məqalələr dərc olunub


Ermənistan-Azərbaycan münaqişəsi, o cümlədən Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda törətdiyi təxribatla bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin beynəlxalq mediada yazıları dərc olunmaqda davam edir. Mərkəz rəhbərliyinin bu mövzu ilə bağlı məqalələri üç müxtəlif nəşrdə dərc olunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vyanada yerləşən Sülh üçün Beynəlxalq İnstitutun (İPP) saytında BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin və mərkəzin baş məsləhətçisi Vasif Hüseynovun birgə müəllifi olduğu "Ermənistan-Azərbaycan münaqişəsi daha təhlükəli və qeyri-stabil dövrə qədəm qoyub” sərlövhəli məqalə dərc edilib. Yazı daha əvvəl həmin saytda yayılmış erməni tədqiqatçısının məqaləsinə cavab olaraq verilib. Həmin məqalədə Azərbaycanın Ermənistanda yerləşən Metsamor atom stansiyasını vurmaq niyyətində olduğuna və Tovuz hadisələrini ölkəmizin başlatdığına dair ittihamlar yer alır.

Buna çevik reaksiya verən BMTM-nin ekspertləri göndərdikləri məqalədə Ermənistan–Azərbaycan münaqişəsinin və sülh danışıqlarının qısa tarixi, BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla beynəlxalq hüququn tələbləri, Tovuz hadisələrində ölkəmizin üzləşdiyi təhdidlər barədə yazırlar. BMTM-nin ekspertləri vurğulayırlar ki, 2018-ci ildən etibarən münaqişənin həlli istiqamətində başlayan müsbət dinamika Ermənistanın baş naziri Nikol Paşinyanın ardıcıl təxribatçı addımlarından sonra dayanıb və bugünkü təhlükəli səviyyəyə çatıb.

Bununla yanaşı, BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın ABŞ-da Corctaun Beynəlxalq Əlaqələr Jurnalında "Ermənistan-Azərbaycan kontekstində bərpaedici ədalət” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə münaqişə tərəfləri arasında düşmənçiliyi azaltmaq üçün mümkün tədbirlər nəzərdən keçirilir və bərpaedici ədalətin vacib amil olduğu vurğulanır. Bildirilir ki, ədalətin bərpa edilməsi Ermənistan siyasətinin əsas elementi olmalıdır. Ermənistanın Azərbaycana qarşı bütün hüquq pozuntularını qəbul etməsi, münaqişənin ədalətli və sülh yolu ilə həlli istiqamətində həqiqətən işləmək istəyi ədalətin bərpası üçün başlıca rol oynaya bilər. Qeyd edilir ki, Azərbaycan torpaqlarının işğalı faktı ədalətin bərpası üçün perspektivləri təhlükə altına alır. "Bu baxımdan Ermənistan ədalətli və uzunmüddətli sülhün əldə olunması üçün Azərbaycanla konstruktiv danışıqlara daxil olmalıdır. Bu, həm də regional sabitlik və əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edər”, - deyə məqalədə bildirilir.

Həmçinin BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayevanın "The London Post” internet saytında "Dərketmə uğrunda mübarizə: çevrilmiş gerçəklik” adlı məqaləsi dərc edilib.

Yazıda milli və etnik azlıqlar probleminə diqqət yetirilir. Qeyd edilir ki, adətən tarixboyu belə qruplar müxtəlif irredentist və ya separatçı hərəkatlar tərəfindən səfərbər olunur və bəzən qohum dövlətlər (milli azlıqları qonşu dövlətlərin tərkibində yaşayan dövlətlər nəzərdə tutulur) də bu azlıqlara yaxından dəstək göstərir. Müəllif Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində (DKAO) yaşayan erməniləri belə milli və etnik azlıqlara misal olaraq göstərir.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri və həlli ilə bağlı mövcud maneələr araşdırılır. Bu kontekstdə Ermənistan dövlətinin, eləcə də erməni diasporunun münaqişənin mahiyyətini təhrif etmək istiqamətində apardığı fəaliyyəti təhlil olunur. Diqqətə çatdırılır ki, münaqişənin həlli istiqamətində tərəqqi əldə edilməsi üçün ilk olaraq beynəlxalq ictimaiyyət Ermənistanın "cəzasızlıq sindromuna” son qoymalı, vahid və razılaşdırılmış tədbirlər həyata keçirməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin erməni işğalından azad edilməsinə nail olmalı, tarixi Qarabağ bölgəsindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıtması üçün müvafiq tədbirlər həyata keçirməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video