07 Avqust 2020 15:18
675
İQTİSADİYYAT
A- A+

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin iclası olub


Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Rəyasət Heyətinin onlayn videokonfrans formatında hesabat iclası keçirilib. İclasda ASK-nın cari ilin birinci yarısında gördüyü işlərə dair hesabat dinlənilib, eyni zamanda sahibkarları narahat edən məsələlər müzakirə edilib.

ASK-dan AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıldığını, bu istiqamətdə ölkəmizin qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynadığını qeyd edib. M.Musayev, eyni zamanda, pandemiya dövründə hökumət tərəfindən iqtisadi artıma və sahibkarlığa edilən güzəştlərin sahibkarlar tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıb.

Konfederasiyanın baş katib əvəzi Kristina Məmmədova COVID-19 pandemiyası ilə əlaqədar karantin qaydaları çərçivəsində ASK-nın fəaliyyətinin davam etdiyini bildirib və bu ilin birinci yarısında ASK-ya qəbul olunan yeni üzvlər, sahibkarlardan daxil olan müraciət və təkliflərin əsas məzmunu barədə məlumat verib.

Konfederasiya prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə pandemiya dövründə sahibkarlarla keçirilən iclaslar, müzakirə olunan əsas mövzular və dövlət qurumları ilə ASK arasında mövcud olan Əməkdaşlıq Şuralarının fəaliyyəti haqqında Rəyasət Heyətinə hesabat verib.

Sonra sahibkarlar karantin dövründə biznesin genişləndirilməsi istiqamətlərini müzakirə edib.

"Azərsun Holdinq”in müşahidə şurasının sədri Abdulbari Gözəl Prezident İlham Əliyevin su çatışmazlığının həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirdiyini və bu işdə sahibkarların da fəal iştirak etməli olduğunu bildirib. A.Gözəl, həmçinin yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yerli istehsalın artırılmasının vacibliyini vurğulayıb.

ASK-nın vitse-prezidenti Vüqar Abbasov maliyyə əlçatanlığı məsələsini gündəmə gətirib. Yerli istehsala dəstək məqsədilə qanunvericilikdə dəyişikliklər edilməsi və bu dəyişiklərin çevik olması, dövlət-özəl dialoqunun dərinləşdirilməsi təklif olunub.

Rəyasət Heyətinin üzvü, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva son dövrlərdə təhsil, turizm sektorunda çalışan qadın sahibkarların fəaliyyəti barədə məlumat verib.

Sahibkarlar ölkə Prezidenti İlham Əliyevin siyasətini daim dəstəklədiklərini qeyd edərək sahibkarlara dövlət yardımlarına görə təşəkkürlərini bildiriblər. Eyni zamanda biznesin karantin şərtləri üzrə ciddi qaydalar çərçivəsində fəaliyyətini davam etdirməsini xahiş ediblər.

Videokonfransın sonunda ASK-nın Rəyasət Heyəti toplanan təklifləri İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçiriləcək iclasa təqdim etməyi qərara alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video