07 Avqust 2020 15:16
683
CƏMİYYƏT
A- A+

Tedros Qebreyesus: Amerika qitəsi əvvəlki kimi COVID-19 pandemiyasının episentri olmaqda davam edir

Terror hücumlarının qarşısının alınmasına hər il milyardlarla dollar sərf olunur, lakin epidemiya və pandemiyalara hazırlığın təminatına demək olar heç nə ayrılmır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Cenevrədə brifinqdə söyləyib. O bildirib ki, COVID-19 pandemiyasının episentri əvvəlki kimi Amerika qitəsidir. Baş direktor yeni koronavirusa qarşı 6 vaksinin kliniki sınaqların üçüncü mərhələsində olduğunu deyib və Vaşinqtonu öz qərarını dəyişərək ÜST-nin tərkibindən çıxmamağa çağırıb.

AZƏRTAC bu barədə BMT-nin saytına istinadla xəbər verir.

ÜST rəhbəri deyib: "İndi hamıya məlum oldu ki, əgər biz pandemiyaya hazırlığın təminatına və iqlim böhranının fəsadlarının aradan qaldırılması tədbirlərinə vəsait ayırmasaq, o halda böyük təhlükə ilə üz-üzə qalacağıq”. O bildirib ki, bəşəriyyət müxtəlif cür xəstəliklərin öhdəsindən gələ bilər, lakin hamının birlikdə hərəkət etməsi vacibdir.

"Bəşəriyyət çiçək xəstəliyinin kökünü kəsməyə və poliomielitin demək olar ki tamamilə aradan qaldırılmasına nail olub. Biz dünyada milyonlarla insanın İİÇV-dən, vərəm və malyariyadan sağalmasını təmin edə, yüzlərlə fövqəladə vəziyyətlərə operativ qaydada reaksiya verə bilmişik”, - deyə Tedros Qebreyesus bildirib.

Onun sözlərinə görə, ÜST COVID-19-la bağlı vəziyyətdə də operativ işləyib. Çinin Uxan şəhərində yayılan sətəlcəmin qeyri-tipik ştammı barədə məlumat alınandan dərhal sonra ÜST hamıya müvafiq beynəlxalq tibbi-sanitar qaydalarına riayət etməyi təklif edib. Bu il yanvarın əvvəlində bütün dünya xəstəliyin baş qaldırması barədə məlumatlandırıldı. Artıq yanvarın birinci həftəsində genom qeydiyyatı həyata keçirildi. Bunun ardınca Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 üçün PZR (polimer zəncirvari reaksiya) testinin yaradılmasından ötrü özünün Almaniyadakı tərəfdaşı olan laboratoriyada hazırlanmış təlimat dərc etdi. ÜST üçüncü həftə ərzində hazırlanan PZR testlərinin keyfiyyətinin təsdiqlənməsi üçün müqavilələr bağlamağa başladı.

Artıq fevralın birinci həftəsində ÜST dünyanın 150-dən çox ölkəsinə testlər göndərilməsinə start verdi. Bu, virusun yayılmasını sürətlə izləməyə imkan verirdi.

Yanvarın 30-da ÜST-nin ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan etməsi beynəlxalq əhəmiyyətli tədbir oldu. O vaxt Çinin hüdudlarından kənarda qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 100-dən az idi və koronovirusla bağlı heç bir ölüm hadisəsi müşahidə edilməmişdi.

Tedros Qebreyesus deyib: "Bu günədək ÜST-yə 18,5 milyondan artıq COVID-19-a yoluxma və 700 mindən çox ölüm faktı barədə məlumat daxil olub. Virus bir ölkədən belə yan keçməyib. Bütün ölkələr – həm aşağı və orta gəlirə, həm də yüksək gəlirə malik ölkələr ciddi ziyan çəkiblər”.

Onun sözlərinə görə, hazırda virusun episentri Amerika ölkələridir, burada daha çox ziyançəkən var. Bütün yoluxma hallarının yarıdan çoxu üç ölkənin – ABŞ, Braziliya və Hindistanın payına düşür.

"Heç bir ölkə bu virusla təkbaşına mübarizə apara bilməz. Virus insanların həyatına son qoyur, əhalinin güzəranını ağırlaşdırır. Xəstəliyin baş qaldırmasını hər bir yerdə və hər hansı bir vaxt saxlamaq mümkündür. Bəzi ölkələr virusu cilovlamağı bacarıblar. Vəziyyəti dəyişdirmək heç vaxt gec deyil.

"Virusla mübarizədə irəliləmək üçün ən yaxşı yol alimlərin tövsiyələrinə, qəbul edilən qərarlara uyğun hərəkət etmək və həmrəylik göstərməkdir”, - deyə ÜST rəhbəri vurğulayıb. O əmindir ki, həmrəy olmaqla bəşəriyyət bu pandemiyaya qalib gələ bilər.

Jurnalistlərin suallarını cavablandıran Qebreyesus bildirib ki, ABŞ-ın ÜST-nin tərkibindən çıxması barədə qərarı maliyyə məsələsindən daha çox ABŞ ilə münasibətlər, bu ölkənin səhiyyə sahəsində liderlik rolu məsələsidir.

"Belə vaxtda biz bərabər işləməliyik. İndi virusla mübarizədə diqqəti bir yerə cəmləmək lazımdır. Buna görə ümid edirəm ki, ABŞ öz mövqeyini bir daha nəzərdən keçirəcək”, - deyə ÜST-nin baş direktoru vurğulayıb.

Jurnalistin sualına cavabında Qebreyesus bildirib ki, bu gün COVID-19-a qarşı mübarizəyə 200-dən artıq vaksin namizəddir və onlardan 6-sı kliniki sınaqların üçüncü mərhələsindədir. Vaksinlərin "milliləşdirilməsi”ndən imtina etməyə çağıran ÜST rəhbəri qeyd edib ki, qloballaşma dövründə hamının bərabər və eyni vaxtda sağalması və bərpa olunması vacibdir.

Brifinqin gedişində ÜST nümayəndələri təhlükəsizlik sahəsində ən qorxulu təhdidlərdən biri olan dezinformasiyanın qarşısını almağa səsləyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video