07 Avqust 2020 13:20
858
Təhsil
A- A+

Kanadada yaşayan azərbaycanlı şagird növbəti uğura imza atıb


Xarici ölkələrdə yaşayan soydaşlarımız təhsil sahəsində uğurlu nəticələr göstərməkdə davam edirlər. Bununla bağlı növbəti xoş xəbər Kanadadan gəlib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Kanadada yaşayan azərbaycanlı ailənin övladı Sibel Cahangirli ABŞ-ın Dyuk Universitetinin (Duke University) xüsusi istedadlı şagirdlər üçün nəzərdə tutulmuş proqramının "Data Science” ("Məlumatlar haqqında Elm") kursunu müvəffəqiyyətlə bitirərək 98 faizlik nəticə əldə edib.

Sibel hələ 12 yaşında SAT imtahanı verərək, sözügedən proqrama qəbul olunub. Elə həmin il bu proqramın Dyuk Universitetinin düşərgəsində təşkil edilən "Problemlərin Riyazi Həlli", növbəti il isə "Riyazi Modellər və Tətbiqi Statistika" yay kurslarını yüksək göstəricilərlə başa vurub.

Torontodan əvvəl ABŞ-ın Atlanta şəhərində yaşayan Sibel hələ 11 yaşında ikən yüksək akademik nailiyyətlərə görə ABŞ Prezidentinin Təhsil Mükafatı Proqramının sertifikatı ilə təltif edilib.

Hazırda ailəsi ilə birlikdə Toronto şəhərində yaşayan Sibelin 15 yaşı var. Məktəbli soydaşımızı təhsil sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə təbrik edir və gələcək elmi karyerasında ona daha böyük uğurlar arzulayırıq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video