Alternative content

16:47 29 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:12 07.08.2020

"Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi barədə Prezident İlham Əliyevin tapşırığı qısa müddətdə icra olunacaq və yaxın günlərdə bu ödənişlərin verilməsi təmin ediləcək”.

AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək. Bununla da COVID-19 dövründə yalnız bir dəstək istiqaməti - birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq.

Nazir bildirib ki, Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə qeyd etdiyi kimi, "Son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır”.

Mətbuat konfransında məlumat verilib ki, iş yerlərinin qorunması, eləcə də özəl sektor üzrə 760 min nəfərin işsizlik riskinin qarşısının alınması ilə bərabər, ilin əvvəlindən həmin sektorda əmək müqavilələrinin sayında da 120 minə yaxın artım olub. Ümumən bu il avqustun 1-nə əmək müqavilələrinin sayı 1 milyon 660 min olmaqla, bu müqavilələrin sayında 6 faiz artım qeydə alınıb. Əməkhaqqı fondu isə 8 faiz artıb, o cümlədən özəl sektor üzrə bu artım 15 faiz olub.

Sosial ödənişlərin davamlılığının, hətta hər ay vaxtından əvvəl ödənilməsinin təmin edildiyini qeyd edən nazir bildirib ki, sosial ödənişlərin ciddi şəkildə artımı nəticəsində bu istiqamət üzrə maliyyələşmədə də ciddi vəsait artımı özünü göstərir. Bu ilin 6 ayında da pensiya, müavinət və təqaüdlər üzrə 2 milyon vətəndaşa 587 milyon manat çox olmaqla 2,8 milyard manat yönəldilib, o cümlədən pensiyalar üzrə 436 milyon manat çox vəsait ödənilib. Əlavə olaraq 14 min ailə üzrə 60 minə yaxın şəxs ünvanlı sosial yardım proqramına cəlb edilib, proqram 350 min insanı (85 min ailə) əhatə edir və sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği 225 manatı ötüb.

Sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, şəffaflığın təmin edilməsi və əsassız xərclərin qarşısının alınması sahəsində görülən işlərin nəticələrini qeyd edən nazir ciddi maliyyə qənaətləri formalaşdırıldığını, 2019-cu ildə 320 milyon, 2020-ci ildə 238 milyon manatın qənaət edilərək büdcəyə qaytarıldığı barədə məlumat verib.

S.Babayev dövlət başçısının tapşırığı ilə ödənişli ictimai iş yerlərinin sayının da 90 minə çatdırıldığını bildirib. Ötən il 103 min, bu ilin 6 ayında 54,3 min nəfərin məşğulluq orqanları tərəfindən işlə təmin olunduğunu deyən nazir "Məşğulluq” altsisteminə bu il 100 mindən çox vakansiyanın daxil edildiyini, hazırda 47 min vakansiyanın mövcud olduğunu, qalanlarına göndərişlər verildiyini deyib. O, 2018-2019-cu illərdə təqribən 6 min nəfərin peşə hazırlığına cəlb edildiyini, bu il də bu sahədə müvafiq işlərin görüldüyünü, gələn il isə 9 min nəfərin peşə hazırlığına cəlb edilməsinin nəzərdə tutulduğunu qeyd edib. O cümlədən işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması istiqamətində gələn il 3 min nəfər beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığının həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Nazir yeni DOST mərkəzlərinin yaradılması, reabilitasiya və sosial xidmət infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi sahəsində aparılan işlər barədə də məlumat verib. Bu il 8 yeni reabilitasiya mərkəzinin açılmasının nəzərdə tutulduğunu, nəticədə il ərzində reabilitasiya xidmətləri göstərilənlərin sayının iki dəfə artaraq 28 minə çatacağını deyib.

S.Babayev nazirliyin tabeliyində yeni publik hüquqi şəxslərin yaradılmasının inzibatçılıqdan xidmət modelinə keçidi təmin etdiyini deyib, həmçinin yeni layihələr kimi, ölkə üzrə məşğulluq xəritəsinin, vahid əmək münasibətləri platformasının, ərazi məşğulluq proqramlarının hazırlanması, məşğul şəxslərin reyestrinin təkmilləşdirilməsi və s. sahələrdə aparılan işləri diqqətə çatdırıb. Elektron təyinat sistemlərinin (2 pensiya, 19 müavinət və təqaüd növü üzrə) fəaliyyətini, xüsusilə pandemiya dövründə müraciət olunmadan sosial təminat növləri üzrə ödənişlərin e-qaydada təyinatının mühüm əhəmiyyətini qeyd edib. Bildirib ki, e-xidmətlərin sayının daha da artırılması işləri aparılır, növbəti ilin sonunadək əmək, məşğulluq, sosial təminat üzrə ümumilikdə 132 xidmətdən 90-nın elektronlaşdırılması nəzərdə tutulur.

O, özünüməşğulluq proqramının da genişləndirildiyini vurğulayıb. Qeyd edib ki, bu il proqram çərçivəsində 12 min ailənin kiçik ailə təsərrüfatlarının yaradılması işləri aparılır və müvafiq qərara əsasən bu il proqrama cəlb olunanların təlimə cəlb edilmədən aktivlərlə təminatı həyata keçiriləcək. Dünya Bankı, BMT İnkişaf Proqramı, Heydər Əliyev Fondu, yerli banklar, habelə dövlət qurumlarından KOBİA, ABAD, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi də bu proqramın genişləndirilməsi və dəstəklənməsi işlərinə cəlb edilib.

İşsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin də əhatə dairəsinin genişlənəcəyini deyən nazir bildirib ki, həmin ödənişin təyinat şərtlərinin yumşaldılması üçün hazırlanmış qanun layihəsi artıq parlamentdə müzakirə olunur. Layihə qəbul ediləndən sonra işsizlikdən sığorta ödənişi alanların sayının artırılmasına, bu il üçün həmin rəqəmin 20 minə çatdırılmasına imkan verəcək.

Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminat proqramının genişləndirildiyini deyən S.Babayev bildirib ki, yalnız son iki ili götürdükdə, 2018-ci illə müqayisədə 3 dəfəyə yaxın, 2019-cu ilə nisbətən 60 faizdən çox olmaqla, bu il rekord həddə, yəni azı 1500 mənzil və fərdi ev veriləcək. Artıq onlardan 554 mənzil, o cümlədən təkcə son 20 gündə 250 mənzil təqdim edilib. Bu vaxta kimi 8142 mənzil və fərdi ev verilib. Eləcə də müharibə əlillərinin avtomobillə təminatı tədbirlərinin davamı kimi, həmin vətəndaşlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verilib, 2020-ci ildə isə 400 avtomobilin verilməsi nəzərdə tutulub ki, onlardan artıq 150-si verilib. Ümumən indiyədək 6900 avtomobil bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.

Nazir sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, şəffaflığın təminatı, əsassız xərclərin qarşısının alınması, reabilitasiya və sosial xidmət infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi sahəsində aparılan işlər, əmək, məşğulluq, sosial müdafiə sahəsində qarşıda duran hədəflər barədə də məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.






NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM