07 Avqust 2020 10:46
576
DÜNYA
A- A+

İspaniyanın “Ejecutivos” jurnalında Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətindən bəhs edən məqalə dərc olunub


İspaniyanın "Ejecutivos” jurnalının elektron versiyasında İspan-Əlcəzair Mədəniyyət Assosiasiyasının prezidenti Fernando Novo Lensin Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətindən bəhs edən məqaləsi dərc edilib.

Məqalədə ölkəmizin yerləşdiyi region, əhalisinin sayı, iqtisadi göstəriciləri barədə, habelə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və onun mövcud olduğu 23 ay ərzində əldə etdiyi uğurlar haqqında məlumat verilir.

Qeyd olunur ki, XX əsrin 80-ci illərinin sonlarından başlayaraq, Azərbaycan Ermənistanın etnik təmizləmə, təcavüz, soyqırımı siyasəti ilə qarşılaşıb. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası ərazisinin 20 faizi – Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Diqqətə çatdırılır ki, Ermənistan tərəfi Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasət həyata keçirməklə, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, BMT Nizamnaməsini kobud şəkildə pozmaqda davam edir. İşğal olunmuş Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələri (822, 853, 874, 884) Ermənistan tərəfindən hələ də icra edilməyib.

Məqalədə bildirilir ki, bu il iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə edərək, Azərbaycanın dövlət sərhədində yerləşən Tovuz rayonu istiqamətində hücuma cəhd göstərib. Hərbi təcavüz və təxribatın qarşısı alınarkən Azərbaycan Ordusunun əsgər və zabitləri arasında həlak olan və yaralananlar olub. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin yaşadığı kəndlər məqsədyönlü şəkildə hədəfə alınıb və nəticədə 76 yaşlı azərbaycanlı mülki şəxs həlak olub, yaşayış obyektlərinə güclü xəsarət yetirilib. Ermənistanın bu təxribatı beynəlxalq hüququn prinsip və normalarının, BMT Nizamnaməsinin, həmçinin beynəlxalq humanitar hüquq normalarının, Cenevrə konvensiyalarının müddəalarının kobud şəkildə pozulması deməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video