06 Avqust 2020 22:04
1098
Təhsil
A- A+

Britaniyalılar Brexitdən sonra Aİ ölkələrinə köçürlər

Brexit referendumundan sonra Avropa İttifaqı (Aİ) ölkələrinə köçən Böyük Britaniya vətəndaşlarının sayı get-gedə artır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Aİ Statistika Xidməti (Eurostat) ilə birgə apardığı araşdırmanın nəticələri buna dəlalət edir.

Tədqiqat həmçinin aşkarlamışdır ki, Aİ ölkələrinin vətəndaşlığını qəbul edən britaniyalıların sayı 500 faiz artmışdır. Məsələn, referendumdan sonra Almaniyada 31600 britaniyalı milliləşmişdir (artım 2000 faizdir). Tədqiqatın həmmüəllifi Daniel Auer qeyd etmişdir ki, "bu qədər artımı bir ölkənin ciddi iqtisadi və ya siyasi böhrana məruz qaldığı zaman gözləmək olar". Başqa bir həmmüəllif Daniel Tetlouya görə, "2016-cı ildən bəri miqrasiya qərarı qəbul edilərkən Brexit, şübhəsiz, həlledici amil olmuşdur".

Böyük Britaniya Aİ-ni 31 yanvar 2020-ci ildə tərk etmişdir. 23 iyun 2016-cı ildə britaniyalı seçicilərin 51,9 faizi ölkənin Aİ-dən çıxmasını dəstəkləmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video