Alternative content

07:22 29 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:26 29.09.2020 “AZƏRBAYCANIMIZ”
00:24 29.09.2020 BİLDİRİŞ
00:23 29.09.2020 BİLDİRİŞ
00:22 29.09.2020 BİLDİRİŞ
00:22 29.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Abad kənd yolundan bəlli olar
Abad kənd yolundan bəlli olar
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:32 06.08.2020


Bölgələrimizin sosial-iqtisadi inkişafına xidmət edən yeni yollar şəbəkəsi genişləndirilir


"Abad kənd yolundan bəlli olar” deyiblər. Bu gün ölkəmizdə təkcə şəhər və rayon mərkəzlərinin deyil, az qala bütün kəndlərin yolları müasir və rahatdır. Dağ kəndlərinə üz tutan maşınların yoxuşa, daşa-kəsəyə dirəndiyi, yolçuların isə mənzil başına çətinliklə çatdığı vaxtlar artıq xatirəyə çevrilib. Ən ucqar yaşayış məntəqələrinə də yeni yollar çəkilib, yaxud köhnə, bərbad yollar əsaslı təmir edilib.

2004-cü ildən, yəni regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramının qəbul edildiyi vaxtdan bəri ölkəmizdə hər il 1000 kilometrdən çox yol çəkilib və ya müasir üslubda bərpa olunub. Bu yollar iqtisadiyyatın şaxələndirilməsinə, bölgələrin sürətli inkişafına, insanların rahatlığına və sosial rifahının yüksəldilməsinə xidmət edir. Prezident İlham Əliyevin dediyi kimi: "Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir”.

Bu ilin əvvəlindən, o cümlədən keçən ay Azərbaycanda bir sıra yeni yollar istifadəyə verilib. Dövlət başçısının həmin yolların əksəriyyətinin açılışında iştirak etməsi onların əhəmiyyətinə bir daha diqqət çəkir. Elə ötən ayın sonunda Prezidentin bir neçə bölgəyə səfəri zamanı açılışında iştirak etdiyi yolların da həmin yaşayış məntəqələrinin əhalisinin sosial problemlərinin həllinə böyük köməyi olacaq.

Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Bu yol investisiya xərclərindən ayrılmış 13,1 milyon manat vəsait hesabına tikilib, uzunluğu 28 kilometrdir, 13 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir. Yol boyu suötürücü borular, yol nişanları, göstərici lövhələr, siqnal dirəkləri və 5 avtodayanacaq quraşdırılıb. Dəstəmazçay üzərində yeni körpü tikilib.

Prezident İlham Əliyev Qəbələyə səfəri zamanı yolun açılışında iştirak edib. Bu zaman dövlət başçısına 20 min nəfər əhalisi olan 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər kəndlərdən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində tikilən yeni körpü və Bum qəsəbəsinə gedən, hazırda bərpa edilən avtomobil yolu barədə də məlumat verilib. Burada işlər tamamlandıqdan sonra ətraf yaşayış məntəqələrinin sakinləri xeyli rahatlıq tapacaqlar. Çünki bundan əvvəl onlar çayın bir tərəfindən o biri tərəfinə keçmək üçün təqribən 30 kilometr əlavə məsafə qət etməli olurdular. Yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması nəticəsində 20 min nəfər əhali əlavə yola vaxt sərf etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə gedib-gələ biləcək.

Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolu da yenidənqurmadan sonra istismara verilib. Prezidentin ötən il imzaladığı müvafiq sərəncamla yenidən qurulan bu yol 11 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Avtomobil yolunun 17-ci kilometrliyində Əyriçay çayı üzərində uzunluğu 59 metr olan dəmir-beton körpü təmir edilib. Hazırda Şəki rayonunun ərazisində yerləşən, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134 kilometrliyindən ayrılan Şirinbulaq avtomobil yolunun tikinti layihəsi də həyata keçirilir.

Keçən ay Prezident İlham Əliyev, həmçinin yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib. Tədbir çərçivəsində Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub. Dövlət başçısına, eləcə də Qullar-Tülü-Talalar-Şərif-Acılıqbinə-Qaysa avtomobil yol layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib.

29 kilometrlik Balakən-Qazbinə-İtitala avtomobil yolu 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirir.

9 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun uzunluğu 25 kilometrdir.

İsmayıllı rayonunda isə Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. 3,8 milyon manat investisiya xərci hesabına tikilmiş 8 kilometrlik yol 2 min 800 nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir. Yol boyu bütün lazımi infrastruktur qurulub. Bu yolun tikintisi həmin kəndlərdə yaşayan əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin yetişdirdikləri kənd təsərrüfatı məhsullarını bazarlara vaxtında aparmasına imkan yaradacaq.

Sözügedən yolun açılışında iştirak edərkən dövlət başçısına Quşencə-Zoğallıq avtomobil yolunun tikinti layihəsi də təqdim olunub. Belə ki, 3 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi məqsədilə Prezidentin 25 iyun 2019-cu il tarixli sərəncamına əsasən, 2,9 milyon manat vəsait ayrılıb və inşaat işləri artıq başa çatıb. Uzunluğu 7 kilometr olan bu yol yaşayış məntəqələrinə və rayon mərkəzinə gediş-gəlişi xeyli asanlaşdırıb.

Hazırda Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi də həyata keçirilməkdədir.

Xatırladaq ki, ölkənin mühüm turizm bölgələrinə gedən bu yol ilk dəfə ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə salınıb. Yolun yenidən qurulması Prezident İlham Əliyevin bundan əvvəlki səfəri zamanı verdiyi tapşırığa əsasən layihələndirilib. Ümumi uzunluğu 85,6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalacaq, genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Ağsuçay çayı üzərində yeni körpü tikiləcək.

Beləliklə, koronavirus pandemiyası hələ davam etsə də, ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində işlər öz axarı ilə gedir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, yaranmış vəziyyətə baxmayaraq, infrastruktur layihələri ixtisar edilməyəcək. Bu, yeni yolların çəkilməsində və köhnələrin əsaslı təmirində aydın görünür.

Yaşadığımız bu çətin və sınaq dolu vaxtda yolların əhəmiyyəti bir qədər də artır. Xüsusilə ərzaq məhsullarının və digər yüklərin daşınmasında yolların rahat olması çox vacibdir. Başqa sözlə, yol tikintisi layihələrinin uğurla icra edilməsi indiki dövrdə əhalinin sosial problemlərinin həllinə böyük dəstək verir.

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM