Alternative content

08:36 29 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:26 29.09.2020 “AZƏRBAYCANIMIZ”
00:24 29.09.2020 BİLDİRİŞ
00:23 29.09.2020 BİLDİRİŞ
00:22 29.09.2020 BİLDİRİŞ
00:22 29.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistan yeni sosial-iqtisadi böhran məngənəsindədir
Ermənistan yeni sosial-iqtisadi böhran məngənəsindədir
ANA SƏHİFƏ / SİYASƏT
00:31 06.08.2020


Ciddi tənəzzül yaşamaqda davam edən Ermənistanı cari ilin sonrakı dövrü ərzində daha böyük problemlər gözləməkdədir. Bunu ermənilər özləri də təsdiq edir və bildirirlər ki, inkişaf üçün heç bir bazis yaradılmadığından ölkə koronavirus pandemiyası fonunda yenə çoxsaylı problemlərlə üzləşməkdədir. Yaşanan problemlər isə ən müxtəlif sahələri, o cümlədən sosial-iqtisadi həyatı əhatə edir.

Təbii ki, bu vəziyyət insanları ölkə barəsində daha pessimist düşünməyə vadar edir. Qeyd olunur ki, apatiya, çıxılmaz vəziyyətə düşməyin yaratdığı pis duyğular, ölkənin perspektivinə inanmamaq artıq dayanıqlı şəkil alır. Bu da insanların davranışına və əhvali-ruhiyyəsinə təsir edir.

"İravnyuk” qəzeti yazır ki, əhalinin demək olar, yarısı əlinə düşən ilk fürsətdəcə ölkəni tərk etməyə hazırdır: "Əhalinin 40 faizdən çoxu ilk imkan yaranan kimi ölkəni birdəfəlik tərk etmək haqda düşünür. Harasa köçüb getməyə can atan adam qaçmaq istədiyi ölkədə, şəhərdə heç vaxt hansısa daşınmaz əmlak almır. Heç kim bu ölkədə yeni şirkət yaratmaq, biznes qurmaq istəyində deyil. Ermənistan sürətlə dağılır. Həm intelektual, həm də mənəvi baxımdan ölkə deqradasiyaya uğrayıb.

Abadlıq-quruculuq işlərinin, tikintinin həcminin sürətlə azalmasının əsas səbəbi də budur. Çox ağrılı mənzərədir. Amma təəssüf ki, dırnaqarası xüsusi istedadlı insanlar bunu görə bilmirlər. Əgər ölkənin baş naziri bunu dərk etmirsə, deməli o, intellekt baxımından məhv olub”.

İqtisadçı Qagik Minasyan jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, bu ilin ilk beş ayı ərzində Ermənistanda ticarət dövriyyəsi 10.8 faiz azalıb. Bu, xüsusilə cəmiyyətin daha az təmin etdiyi qruplar üçün çox çətin və təhlükəli bir göstəricidir. Ölkədə artıq bir çox kiçik və orta müəssisələrin bağlandığını bildirən iqtisadçı bu tendensiyanın böyük biznesə də sirayət etdiyini gizlətməyib. O, ölkə iqtisadiyyatında baş verən tənəzzülü COVID-19-un mənfi nəticələrinə qarşı mübarizədə Paşinyan hökumətinin səriştəsizliyi ilə əlaqələndirib.

Minasyanın sözlərinə görə, müxtəlif sosial qruplar arasında ölkəyə ianə edilən yardımlar bərabər paylanmadığı üçün siyasi rəhbərliyin verdiyi dəstək də kifayət etməyib. Məhz buna görə də ölkədə tənəzzül daha da dərinləşib və 6 ay ərzində bu sahədə 11,1 faiz azalma qeydə alınıb.

Ermənistanın "4rd.am” saytı da postpandemiya dövründə ölkəni gözləyəcək hadisələrlə bağlı bədbin proqnozlar verir: "2020-ci ilin sonrakı dövrü üçün Ermənistanın iqtisadi vəziyyəti ehtimal ki, xammalın gözlənilən qiymət enmələri ilə bağlı olacaq. Hər şeydən əvvəl əlvan metallar, o cümlədən qızılın qiyməti ilə. Mümkündür ki, spirtli və başqa içkilər bazarında problemlər yaransın. Cari ildə investisiyaların həcminin kritik həddə qədər düşməsi də gələn ilə təsir etməyə bilməz. Rusiyadan iqtisadi asılılığının güclənməsi də son dərəcə neqativ amildir. Ehtimal ki, fərdi pul köçürmələri azalacaq və bu xüsusilə Ermənistanda hiss olunacaq. Diasporda təmsil olunan sahibkarların Ermənistana inamını qaytarmaq, investisiyalar üçün daha əlverişli şərtlər təklif etmək üçün cəhd göstərmək olar. Amma hakimiyyət, həmçinin möhkəmlənmiş ticarət qrupları bunda maraqlı deyil”.

İqtisadi böhran fonunda ölkə rəhbərliyindən narazılıq artmaqdadır. Lakin müxalifətin bundan hansı istiqamətdə yararlanacağı da hələ qaranlıq olaraq qalmaqdadır. Erməni siyasi eksperti Armen Badalyan qeyd edir ki, hazırda ermənilərin sosial-iqtisadi vəziyyətinin pisləşməsi Paşinyanın və eyni zamanda onun rəhbərlik etdiyi hökumətin reytinqinə mənfi təsir göstərməkdədir. Amma buna baxmayaraq, ölkə müxalifəti lazım olan aktiv strategiyasını hələ ki, nümayiş etdirməyib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl sabiq prezident Robert Koçaryan ölkə iqtisadiyyatında baş verən tənəzzülün Ermənistanda daxili siyasi vəziyyətin gözlənilməz hadisələrə gətirib çıxara biləcəyini bildirmişdi. Qeyd edib ki, ölkədə kəskin siyasi dəyişikliklərin mümkün olub-olmadığı sualına cavab vermək hələ ki çətin olsa da, amma unutmaq lazım deyil ki, 2018-ci ilin mart ayının sonunda da adi bir müxalifət nümayəndəsinin baş nazir olacağı elə də inandırıcı görünmürdü. Lakin bu baş verdi.

Koçaryan koronavirus fonunda artan işsizliyin, bağlanan kiçik və orta biznesin, "ölü” turizm sənayesinin və s. ölkədə sosial-iqtisadi vəziyyətin pisləşəcəyinə təkan verəcəyini bildirib. Vurğulayıb ki, bu gün hər şey müxalifətin bu narazılığa nə dərəcədə reaksiya verməsindən, əslində, onu canlandıracağından asılıdır.

Bunların fonunda o da qeyd olunur ki, Ermənistanın gələcəyi ilə bağlı proqnozlar da artıq öz mahiyyətini itirib. Bildirilir ki, Paşinyanın başı hakimiyyətini möhkəmləndirməyə qarışdığından Yerevanın istər iqtisadi, istərsə də siyasi fəaliyyətində heç bir dəyişiklik olmayacaq.

Ümumiyyətlə, ekspertlər qarşıdakı dövrün Ermənistanın siyasi və iqtisadi həyatına fəlakət gətirəcəyini bildirir və ölkədə böhranın dərinləşəcəyini qaçılmaz hesab edirlər.

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM