06 Avqust 2020 00:26
1296
İQTİSADİYYAT
A- A+

Yevlax koronavirus sınağından uğurla çıxır


Bütün bəşəriyyət üçün ciddi problemə çevrilmiş koronavirusla mübarizə davam etməkdədir. Dünyanın ən qüdrətli dövlətləri belə, bu bəladan qurbansız ötüşə bilmir. Çox sayda insanın ömrü yarımçıq qırılır, ölkələrin iqtisadiyyatına dərin böhranla sonuclanacağı gözlənilən ağır zərbələr vurulur.

Belə bir şəraitdə respublikamızda dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü, qabaqlayıcı təhlükəsizlik tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdir olunur, yüksək dəyərləndirilir.

Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah koronavirusla mübarizə tədbirlərini uğurla əlaqələndirir, bu ağır sınaqdan nisbətən az itkilərlə çıxmaq üçün faydalı təşəbbüslərlə diqqət çəkir. Operativ Qərargahın qəbul etdiyi qərarların, verdiyi təlimat və göstərişlərin icrasına Yevlax rayonunda da məsuliyyətlə yanaşılır. Küçə və prospektlərdə, park və meydanlarda, gediş-gəlişin nisbətən sıx olduğu ərazilərdə vaxtaşırı dezinfeksiya işləri aparılır. Pandemiya dövrünün qaydalarına əməl edilməsinə nəzarəti gücləndirmək üçün Yevlax Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrindən və rayon polis şöbəsinin əməkdaşlarından ibarət mobil briqadalar davamlı reydlər keçirir, aşkar edilən nöqsanları aradan qaldırmaq məqsədilə zəruri tədbirlər görürlər.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bizimlə söhbətində deyir:

- Bütün dünya üçün ağır sınaq olan koronavirusla mübarizə hər yerdə olduğu kimi, Yevlaxda da qayğıları artırmış, bu sınaqdan uğurla çıxmaq üçün daha sıx birləşməyimizi, bir-birimizə doğma münasibət sərgiləməyimizi, kömək göstərməyimizi zərurətə çevirmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyyələri, təlimat və göstərişləri pandemiya dövrü üçün fəaliyyətimizin əsas istiqamətlərini müəyyən edir. Prezident İlham Əliyevin koronavirusla mübarizədə "Biz birlikdə güclüyük!” çağırışı Yevlaxda da böyük əks-səda doğurmuş, rayon sakinlərində məmnunluq yaratmışdır. Bu gərgin dövrdə biz bütün səy və bacarığımızı səfərbər edərək əhalini narahat edən problemlərin həllində daha diqqətli olmağa çalışırıq.

Anar Tağıyevin söhbətindən öyrənirik ki, Operativ Qərargahın təlimatına uyğun olaraq vətəndaşların qəbulu onlayn formasında keçirilir, şikayət və müraciətlərə həssaslıqla yanaşılır. Cari ilin iyul ayına qədər 20-dən çox onlayn qəbul keçirilmiş və 200 nəfərdən çox vətəndaşın şikayət və təklifləri dinlənilmişdir. Keçirilən videoqəbullarda 60-a yaxın məsələ yerindəcə öz həllini tapmışdır. Bunlardan 6-sı suvarma suyu ilə, kəndlərdə suvarma arxlarının təmizlənməsi, 20-si kanalizasiya, 5-i qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi, yaşayış məhəllələrində təmizlik işlərinin aparılması, ağacların budanması, 6-sı telefon və internet xətlərinin çəkilişi, 10-u işlə təminolunma, 7-si özünüməşğulluq məsələləri ilə bağlıdır. Qəbullarda iştirak edən vətəndaşların müraciətlərində ünvanlı sosial yardımın təyin edilməsi, təqaüd almaq üçün tibbi ekspert komissiyasından keçirilməsi, əlillik dərəcəsinin müəyyən edilməsi, elektrik naqillərinin və dirəklərinin yenilənməsi, özünəməşğulluq proqramında iştirak istəyi, sənədsiz evlərin sənədləşdirilməsi, yeni tikilmiş fərdi evlərə qaz və elektrik xətlərinin çəkilməsi, kəndarası yollara asfalt örtük çəkilməsi, məktəb və uşaq bağçalarının təmiri məsələləri üstünlük təşkil edir. Şəhər icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlər bir qayda olaraq operativ həllini tapır. Həlli şəhər icra hakimiyyətinin imkanları xaricində olan problemlərlə bağlı isə əlaqədar hökumət qurumları qarşısında məsələ qaldırılır.

Onlayn qəbullarda edilən şikayətlərin, təklif və müraciətlərin böyük əksəriyyəti artıq öz uğurlu həllini tapmışdır. Dəmir yolu binası-4 ünvanında, Şəkitayı yaşayış massivində, 28 May küçəsində, dəmir yolu kənarında yerləşən çoxsaylı fərdi evlərdə, Nizami prospektində, 34, 36 və 51 saylı binalarda, şəhid Nəsir Mənsurov küçəsindəki 25 evlik yeni yaşayış massivində və bir çox digər ünvanlarda su, kanalizasiya, qaz problemləri və əhali üçün narahatlıq yaradan digər nöqsanlar aradan qaldırılmışdır.

Bu gün Yevlaxda həyat öz axarındadır. Ərzaq təhlükəsizliyi proqramına sanballı töhfələr vermək üçün qüvvələr kənd təsərrüfatı işlərinin uğurlu icrasına səfərbər edilmişdir. Keçən ildəkindən xeyli çox taxıl, ət, süd, yumurta, meyvə, tərəvəz istehsal olunmuşdur. Pambıq tarlalarının becərilməsi aqrotexniki qaydalar əsasında davam etdirilir. Bütün bunlarla yanaşı, abadlıq, tikinti, quruculuq işləri də diqqət mərkəzindədir.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video