Alternative content

17:10 01 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pambıq kolları bara dolur
Pambıq kolları bara dolur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:25 06.08.2020


Hiss olunur ki, sahə bir neçə gün əvvəl suvarılıb. Pambıqçı fermer Şakir Soltanov kənarlarını çayır basmış su arxını adlayıb sahənin içinə girir. Biz də onun arxasınca gedirik. Cərgələrin arasında nəmlik var.

Pambıq kolları qurşaqdan yuxarıdır. "Maşallah olsun, yaxşı pambıq yetişdirmisiniz. Allah dərd-bəladan, sovkadan qorusun”, - deyirik. Ş.Soltanov cavab verir: "Xəstəliklərə, hər cür ziyanvericilərə qarşı mübarizə tədbirlərini vaxtlı-vaxtında görürük. Bu sahəni suvarmadan qabaq dərmanlamışıq. Gördüyünüz kimi, arata düşmək ərəfəsindədir. Sabah yox, birisi gün kultivator çəkib yenidən dərman səpəcəyik ki, sovka kəpənəyi yaxın düşə bilməsin”. Şakir sonra cərgələr arasında duraraq bitkiləri yana əyir, daban qozaları göstərir: - Bu vaxt üçün hər kolda 6-7 formalaşmış qozanın olması pis göstərici deyil. - Bir qədər susub əlavə edir: - Allah göydən baxır. Kim ki çalışır, onun zəhməti yerdə qalmaz. İndiyə kimi beş, bəzi yerlərdə altı dəfə kompleks becərmə aparmışıq. Sirr deyil ki, bu il hər yerdə olduğu kimi, Biləsuvar rayonunda da su qıtlığı yaşanır. Lakin biz təcrübəmizə əsaslanaraq bütün mövcud imkanlardan istifadə etməyə çalışırıq. Harda su görürüksə, onu suvarmaya yönəldirik. Bəzən kollektor-drenaj suları da köməyimizə gəlir. Hər kub, hətta hər litr sudan səmərəli istifadə etməyə çalışırıq. İtki hallarının qarşısını almaq üçün gecə növbətçiləri qoymuşuq. Sağ olsunlar, Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin işçiləri, gecəli-gündüzlü yanımızdadırlar. Su problemini aradan qaldırmaq üçün digər yollardan da istifadə etməyə çalışırıq. Aqrotexnikada belə bir şərt mövcuddur: iki kultivasiya bir suvarmanı əvəz etmək imkanına malikdir. Nə lazımdırsa, edirik. Sovet dövründə belə bir məsəl vardı: "Pambıq kolunun alçaqlığına baxma, ondan yıxılan sağalmır”. Bu o demək idi ki, əgər planı, öhdəliyi yerinə yetirməsən, aqibətin yaxşı olmayacaq. Ya töhmət alacaqsan, ya da vəzifədən gedəcəksən. İndi isə başqa zamandır. Hər şey maddiyyat üzərində qurulub. Yaxşı qazanc götürmək üçün yaxşı da işləməlisən. Hər şey özündən asılıdır. Sahəyə girəndə, yəqin ki, görüb hiss etdiniz. Su ilə bitkilərə mal peyini vermişəm. Bilirəm ki, sahəyə, məhsuldarlığın artmasına yaxşı təsir edir. Bəzi məsuliyyətsiz əkinçilər var ki, bunu başa düşmürlər, müqavilə bağladığı şirkətdən aldıqları pulu lazımsız şeylərə xərcləyir, üstəlik becərməni də lazımi səviyyədə aparmırlar. Cücəni saymaq vaxtı çatanda hər şey üzə çıxır. Beləliklə, şirkətə borclu qalırlar. Gördüyünüz kimi, bütün dövrlərdə, quruluşlarda adamdan ilk növbədə məsuliyyət tələb olunur. Məsuliyyətsiz olanlar, haqq-hesabını, gəlir-çıxarını bilməyənlər isə həmişə həyatda çətinlik çəkirlər”.

Söhbət zamanı müsahibim bunları da əlavə etdi: "Sağ olsun dövlətimiz, kəndli üçün yaxşı imkanlar yaradıb. Subsidiyalar verir, digər köməkliklər göstərir. Torpaq haqqından başqa, kəndli qalan bütün vergilərdən azaddır. Su təminatının yaxşılaşdırılması ilə əlaqədar Prezident bu yaxınlarda videogörüntü ilə geniş müşavirə keçirdi, əlaqədar təşkilatların, onların rəhbərlərinin qarşısında ciddi vəzifələr qoydu. Sevinirik ki, bizim rayonun ərazisindəki su kanalları, qurğuları əsaslı təmir olunacaq. Bu isə öz növbəsində kənd təsərrüfatı məhsullarının çoxalmasına, ərzaq təhlükəsizliyi proqramının yerinə yetirilməsinə, fermerlərin, bütövlükdə kənd adamlarının gün-güzəranının yaxşılaşmasına səbəb olacaq. Yeri gəlmişkən, bir mütəxəssis kimi fikrimi, arzumu bildirməyi özümə borc bilirəm. İran İslam Respublikası ilə Azərbaycan arasındakı Biləsuvar sərhəd-keçid məntəqəsinə təxminən 6-7 kilometr qalmış bizim rayonun ərazisində tutumu 12 milyon kubmetr olan Bolqarçay su anbarı var. 1965-ci ildə tikilib istifadəyə verilmiş bu anbardan 1990-cı ildən bəri istifadə olunmur. Səbəbi də su hövzəsinin hədsiz lillənməsidir. Halbuki bu anbar rayonumuz üçün hədsiz dərəcədə gərəklidir. Payız, qış, yaz aylarında İran ərazisinə yağan qarın, yağışın suyu Bolqar çayı vasitəsilə gəlib bu anbara dolur. Yaz-yay aylarında buraya yığılan su ehtiyatı ilə 5 min hektardan çox taxıl, pambıq və digər kənd təsərrüfatı bitkilərini suvarmaq olar. Özü də heç bir elektrik, yanacaq məsrəf etmədən. Aqronom, meliorasiya işlərindən başı çıxan bir adam kimi Biləsuvarda əkinlərin keyfiyyətlə və vaxtlı-vaxtında suvarılması üçün bu anbarın lildən təmizlənərək istifadəyə verilməsini təklif edirəm”.

Ş.Soltanov həmişə irəliyə getməyə, yüksək nəticələr əldə etməyə çalışır. Keçən il əkdiyi 37 hektar sahənin hər hektarından 55 sentner "ağ qızıl” götürmüşdür. Çəkdiyi zəhmət isə hədər getməyib. Ölkə rəhbərinin sərəncamı ilə I dərəcəli "Əmək ordeni”nə layiq görülüb. O, işgüzar, qabaqcıl fermer olmaqla yanaşı, həm də yaxşı mütəxəssis, bacarıqlı təşkilatçıdır. "P-Aqro” MMC-nin Biləsuvardakı filialına rəhbərlik edir. Rayondakı pambıqçı fermerlərin əksəriyyəti Ş. Soltanovla işləməyə üstünlük verirlər. Müəssisə üzrə keçən il 2 min 50 hektar sahədən 7 min 271 ton pambıq götürülmüşdür. Hər hektarın məhsuldarlığı orta hesabla 35,2 sentner təşkil etmişdir. "P-Aqro” MMC-nin Biləsuvar filialı 2019-cu ilin nəticələrinə görə respublikamızda pambıq istehsalı ilə məşğul olan müəssisələr üzrə 3-cü yerdə olub.

Əsgərabad kənd sakini fermer Nurəddin Mirzəyevin dediklərindən: "Ş.Soltanov bacarıqlı mütəxəssisdir. Biz fermerlərə hər cür kömək göstərir, pambığın şumundan tutmuş yetişdirilən məhsulun son qozasına qədər yığılıb toplanmasına kimi, demək olar ki, hər gün yanımızda olur. Məhz onun köməyi, diqqət və qayğısı sayəsində əkini, becərməni, bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirə bilirik. Suyun qıt olduğu indiki vaxtlarda nə lazımdırsa, onu da edir. Mən özüm də aqronomam. Sovetlər zamanı kolxozda pambıqçılıq briqadiri işləmişəm. Pambığın nə olduğunu yaxşı bilirəm. Bir gün diqqət yetirməsən, nazını çəkməsən, elə bil ki, səndən küsür. Buna görə də pambıq əkdiyim 8 hektar sahənin becərilməsi gündəlik nəzər-diqqətimdədir. Keçən il 8 hektarın hər hektarından 42 sentner məhsul götürdüm. Allahın evi olan dünyamız abad olsun. Bu il məqsədim 50 sentnerdir. Mənə elə gəlir ki, pis məhsul yetişdirmirik, inşallah, ona da nail olarıq”.

Fermerlərdən Arif Əliyev, Mehdi Ağayev, Allahverdi Şərbətov, Füzuli Təhməzov, Oqtay Aslanov və başqaları da mövcud çətinliklərə baxmayaraq, bu il daha gərgin işləyir, yüksək məhsul yetişdirmək üçün əllərindən gələni edirlər.

"P-Aqro” MMC Biləsuvar filialı üzrə cari ildə keçən ildəkindən 200 hektar çox, yəni 2 min 250 hektar sahədə "ağ qızıl” yetişdirilir. Koronavirus pandemiyasının yaratdığı əngəllər, habelə su qıtlığı probleminə baxmayaraq, Biləsuvar pambıqçıları həmişə olduğu kimi, 2020-ci ili də uğurla başa vurmaq əzmindədirlər.

Seyran CAVADOV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM