05 Avqust 2020 23:07
753
CƏMİYYƏT
A- A+

COVID-19 xəstələrinin müalicəsində Olimpiya komplekslərinin üstün cəhətləri onların havalandırma sistemlərinin olmasıdır


Abşeron və Hövsan Olimpiya İdman komplekslərində təxminən hər biri 280 çarpayılıq olmaqla müvəqqəti tibb müəssisələri yaradılıb. Bu komplekslərin üstün cəhətləri onların mərkəzi havalandırma sistemlərinin olmasıdır. COVID-19 xəstələrinin müalicəsində bu, çox önəmlidir. Bu işlər COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkə rəhbərliyinin tapşırığı əsasında həyata keçirilib. Biz COVID-19 pandemiyası ilə mübarizədə bütün imkanları dəyərləndirməyə çalışırıq.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı vurğulayıb ki, bu komplekslər çirkli havanın xaricə atılması və təmiz havanın içəriyə ötürülməsi üçün havalandırma sistemləri ilə təchiz edilib. Abşeron və Hövsan Olimpiya İdman komplekslərinin nəzdində yaradılmış müvəqqəti xəstəxanalar ölkə rəhbərliyinin tapşırığı ilə qısa müddətdə hazırlanıb və ən yüksək standartlara cavab verir. Komplekslərdə yaradılmış tibb müəssisələrində 10 yataqdan ibarət intensiv terapiya blokları yaradılıb ki, bu da ağır vəziyyətdə olan xəstələrin müalicəsi ilə məşğul olmağa imkan verir.

"Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının sağlamlığının təmin edilməsi üçün ciddi tapşırıqlar verib. Bu gün görülən müvafiq preventiv tədbirlər nəticəsində ölkəmizdə yoluxmaların sayı azalmağa doğru gedir. Bu işlər çərçivəsində lazım olan bütün addımlar atılır. Xəstəxanalarda fəaliyyət göstərmək üçün yerli və xarici mütəxəssislərin köməyi ilə tibb işçiləri hazırlanır. Biz vətəndaşlarımızın sağlamlığı üçün bundan sonra da səylərimizi əsirgəməyəcəyik. Hazırda kifayət qədər çarpayı ehtiyatlarımız var. Bakıda çarpayı fondumuz 30-35, regionlarda isə 20-25 faizdir”, - deyə TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video