Alternative content

07:56 28 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyədə virusun suda insandan-insana keçməsinin qarşısını almaq məqsədilə qadağalar tətbiq olunur
Türkiyədə virusun suda insandan-insana keçməsinin qarşısını almaq məqsədilə qadağalar tətbiq olunur
ANA SƏHİFƏ / DÜNYA
23:03 05.08.2020

Dəniz mövsümünün açılması insanlarda təbii olaraq çimərliklərin yeni növ koronavirusun yayılmasına təsiri barədə bir sıra suallar yaradır.

AZƏRTAC xəbər verir ki, türkiyəli mütəxəssislərin fikrincə virusun sudan yoluxma riski olduqca azdır. Lakin, çimərliklərdə insanlar dənizdən istifadə etməklə yanaşı, eyni zamanda sıx toplaşır, yaxın təmasda olurlar. Bu da xəstəliyin yayılmasına yol açan əsas səbəblərdən biridir. Məhz bu səbəbdən Türkiyədə virusun suda insandan-insana keçməsinin qarşısının alınması məqsədilə bir sıra qadağalar tətbiq olunur. Bu qadağalar arasında insanlar arasında dənizdə sosial məsafə aralığı bir metr müəyyən edilib, hətta bəzi bölgələrdə çimərlik və dənizdə maskadan istifadə qaydaları tətbiq olunur.

Hazırda Türkiyənin bəzi bölgələrində virusun artması müşahidə olunur. Hətta bəzi yaşayır ərazilərində sərt karantin qaydaları yenidən qüvvəyə minib. Lakin, bunun yay mövsümü və ya çimərliklərin açılması ilə əlaqəsi mütəxəssislər tərəfindən araşdırılır.

Xatırladaq ki, dünyada ilk dəfə Türkiyədə su və tullantı sularında SARS-CoV2 virusunun olma ehtimalı araşdırılıb. Tədqiqatların aparılması üçün pilot şəhər seçilən İstanbul daxil olmaqla ölkənin 81 vilayətində tullantı və palçıq sularında virus aşkarlanıb.

Onu da qeyd edək ki, mütəxəssislər aprel ayı ilə müqayisədə son nümunələrin alındığı iyunda tullantı sularında virusun artdığını müşahidə ediblər.

Türkiyənin turistik bölgələri, o cümlədən Antalyada da tullantı sularında virusa rast gəlinib. Mütəxəssislər sularda tapılan virusun ölü olduğunu bildiriblər ki, bu da müsbət haldır.

Hazırda türkiyəli mütəxəssislər tərəfindən mümkün risklərə qarşı erkən xəbərdarlıq sisteminin hazırlanması işlərinə başlanılıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM