Alternative content

07:28 28 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Professor İbrahim Öztək: Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir
Professor İbrahim Öztək: Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir
ANA SƏHİFƏ / DÜNYA
23:02 05.08.2020

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayındakı sıçrayışlı artım sözün əsl mənasında həyəcan təbilidir. Nəticələr göstərir ki, bu artım davam edəcək. Yoluxmanın əsas mənbələrindən biri də çimərliklərdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli professor, tibb elmləri doktoru, tanınmış ictimai xadim İbrahim Öztək ifadə edib.

Çimərliklərdə sosial məsafənin qorunması və maska taxmağın mümkünsüz olduğunu diqqətə çatdıran professor deyib: "Zənnimcə Ümumdünya Səhiyyə Təşkilatı ən qısa zamanda çimərliklər üçün xüsusi bir tövsiyə hazırlamalıdır. Maska ilə suya girmək mümkünsüzdür. İnsanlar heç bir halda belə etmirlər. Digər tərəfdən çimərlik sahilləri daim küləklidir. Həzin meh belə nəfəs yollarında ayrılan virusu sürətlə ətrafa yayır. Xəstə insanların bədənindən ayrılan su damcıları yoluxma mənbəyidir. Bu məkanda yoluxma riskini artıran bir neçə ciddi məqam var. Bütün bunlar deməyə əsas verir ki, çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir”.

Avqustun 4-də Türkiyə üzrə virusa yoluxduğu aşkar edilən xəstə sayının bir gün əvvəlki göstəricidən 88 nəfər çox olduğunu diqqətə çatdıran İbrahim Öztək deyib ki, Qurban bayramı günlərində kütləvi toplaşma və ünsiyyətə qarşı qoyulan məhdudiyyətlərə əməl edilməməsi Türkiyənin koronavirusla mübarizədə əldə etdiyi uğurlara mənfi təsir göstərib. Çimərliklərdə və toylardakı vəziyyət və bayram günlərində məhdudiyyətlərə əməl edilməməsi qarşıdakı həftələrdə özünü daha qabarıq göstərə bilər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM