05 Avqust 2020 19:35
677
DÜNYA
A- A+

Beyrut fəlakət zonası elan olundu


Livanın paytaxtı Beyrutda srağagün baş vermiş partlayış zamanı azı 100 nəfər həlak olmuşdur. Yerli hakimiyyət orqanlarıölənlərin sayının artacağını istisna etmir.Hadisə zamanı 4 min nəfərdən çoxadamın yaralandığı bildirilir.

Ölkənin Baş Naziri HəsənDiabındediyinə görə, altı ildir ehtiyat tədbirləri görülmədən şəhərin dəniz limanının anbarında saxlanılan2750 ton ammonium selitrası (ammonium-nitrat) alışmışdır. Bununla belə, partlayışın dəqiq səbəbi hələ məlum deyil.

Partlayış nəticəsində şəhər ərazisinin yarısı ziyan çəkmişdir. 300 min beyrutlu evsiz qalmışdır. Partlayışın vurduğu zərər azı 3 milyard ABŞ dollarıdır. Potsdamdakı(Almaniya) Geofizika Tədqiqat Mərkəzinin verdiyi məlumata görə, partlayışın gücü 3,5 ballıq zəlzələyəbərabərdir. Partlayışın səsi Kiprin paytaxtı Nikosiyada (Beyrutdan 240 kilometr uzaqdır)eşidilmişdir.

Beyrut fəlakət zonası elan edilmişdir. Hökumət partlayışın fəsadlarının aradan qaldırılmasında kömək üçün dost ölkələrə müraciət etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video