Alternative content

15:57 01 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV DSX: 24 kiloqrama yaxın narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb
DSX: 24 kiloqrama yaxın narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:55 05.08.2020

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmət əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Avqustun 4-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Horadiz-İmişli istiqamətindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş üsulla etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə keçirilmiş kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkət edən qara rəngli "Hyundai” markalı 99-TF-671 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Horadiz-Bakı avtomagistral yolunun Bəhrəmtəpə qəsəbəsinin yaxınlığındakı ərazidə hərəkətdə olan avtonəqliyyat vasitəsi saxlanılıb.

Avtomobilin sürücüsünün Cəbrayıl rayonunun Mehdili kəndi sakini 1989-cu il təvəllüdlü Səfərov Xəqani Aydın oğlu olması müəyyənləşdirilib. Onun üzərinə və avtomobilə baxış keçirilən zaman ümumi çəkisi təxminən 23 kiloqram 600 qram olan narkotik vasitəyə və psixotrop maddəyə (1 kiloqram 62 qram marixuanaya, 15 kiloqram 256 qram heroinə, 3 kiloqram 964 qram metamfetaminə, 2 kiloqram 122 qram həşişə və 1460 ədəd "Metadon-40” həbinə) oxşar maddələr aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM