Alternative content

06:31 28 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan səfiri İtaliya mətbuatında erməni yalanlarını ifşa edib
Azərbaycan səfiri İtaliya mətbuatında erməni yalanlarını ifşa edib
ANA SƏHİFƏ / SİYASƏT
18:38 05.08.2020

Bu günlər İtaliyada erməni tərəfi baş verənlərlə bağlı həqiqətləri işıqlandıran kütləvi informasiya vasitələrinə, hadisələrə münasibətdə obyektiv mövqe tutan siyasətçilərə, tədqiqatçılara, jurnalistlərə təzyiqlər edir, məlumatlar üzərində manipulyasiya etməyə və dezinformasiya yaymağa cəhd göstərir.

AZƏRTAC xəbər verir ki, həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində növbəti addımlardan biri kimi Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın "Kmetro0” xəbər portalına jurnalist Alessandro Luongoya geniş müsahibəsi dərc olunub.

Müsahibəsində diplomat Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədi boyu Ermənistanın son hərbi avantürası, qarşı tərəfi buna təhrik edən səbəblər, o cümlədən Ermənistan tərəfinin Cənub Qaz Dəhlizinin də keçdiyi bu strateji ərazinin destabilizasiyası və önəmli nəqaliyyat infrastrukturuna xələl yetirmək məqsədləri barədə danışıb.

Səfir bildirib ki, özünü dünyaya "əzabkeş xalq" kimi təqdim edən erməni tərəfi bu imici əbədiləşdirmək üçün dünya ictimaiyyətini aldadaraq öz hərəkətlərini gizlətməyə və baş verənlərə görə Azərbaycanı ittiham etməyə cəhd göstərir. Ermənistan Tovuz rayonu kimi strateji bir əraziyə etdiyi hücumlarla əlaqəli riskləri etiraf etmək əvəzinə, "Metsamor” nüvə stansiyasına Azərbaycan tərəfindən mümkün xəyali hücum riskinin olduğu kimi uydurma məlumatlar yayıb. Erməni tərəfinin bu iddiaları Azərbaycan tərəfindən dərhal rədd edilməsinə baxmayaraq, Ermənistan bu "bayraqdan” dünyadakı erməni icmasını səfərbər etmək üçün istifadə etmək istədi, lakin buna nail ola bilmədi. Üstəlik, erməni icması dünyanın müxtəlif ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumlar təşkil edərək onlara ciddi xəsarət yetirdi.

Diplomat eləcə də erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsini dünyaya dini anlamda təqdim etməyə çalışdığını, əslində, bu problemlərin din ilə heç bir əlaqəsinin olmadığını və sırf ərazi iddiası daşıdığını deyib. Azərbaycanın çoxmədəniyyətli ölkə kimi dinlərarası dialoq üçün bir model olduğunu, ölkəmizin bütün dinlərə münasibətdə açıqlığını, çoxsaylı dini abidələrin, sinaqoqların, kilsələrin, hətta Bakının mərkəzində erməni kilsəsinin mövcudluğunu, Azərbaycanda yaşayan müxtəlif dinlərə mənsub insanların etiqad azadlığının tam təmin edildiyini bildirib. Bütün bu dəyərlərin Azərbaycan xalqının dərin tarixi köklərində saxlandığını və bunun sivil dünya tərəfindən daha çox təqdir edilməli olduğunu vurğulayıb. Beynəlxalq hüququ pozan və digər xalqların mədəni irsini məhv edən monoetnik Ermənistanın isə bu dəyərlərlə heç bir əlaqəsi yoxdur.

Müsahibəsində diplomat eləcə də Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq əlaqələri, bunu şərtləndirən səbəblər, Azərbaycan Respublikasının Prezidentinin İtaliyaya dövlət səfəri və bu səfərin tarixi nəticələri, iki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi, Azərbaycan-İtaliya dostluğunun bariz nümunəsi kimi COVID-19 pandemiyası dövründə qarşılıqlı həmrəylik və dəstək təşəbbüsləri barədə də danışıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM