05 Avqust 2020 12:35
1391
CƏMİYYƏT
A- A+

Xaçmazdakı Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi inşa olunur


Xaçmazdakı Şəhidlər Xiyabanında abadlıq və yenidənqurma işlərinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir, xiyabanda torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən 225 xaçmazlı şəhidin xatirəsi əbədiləşdiriləcək.

Şəhidlər Xiyabanında tikiləcək xatirə kompleksinin qarşısında Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü qoyulacaq. Yenidənqurma işləri çərçivəsində xiyabanda 17,5 metr hündürlüyündə "Əbədi məşəl” abidə-kompleksi inşa olunacaq.

İş icraçısı Gəncəli Məhərrəmov bildirib ki, xiyabanın ümumi sahəsi 2500 kvadratmetrdir. Tikinti işləri pandemiya dövrünün tələblərinə uyğun aparılır. Xiyabanda şəhidlərin şəkilləri əks olunmuş xatirə lövhələrinin quraşdırılması işləri yekunlaşmaq üzrədir. Artıq "Əbədi məşəl” abidə-kompleksinin tikintisinə başlanılıb. Qarşıdakı günlərdə xiyabanda yaşıllaşdırma və xüsusi işıqlandırma sisteminin quraşdırılması işlərinə start veriləcək.

Aprel ayından başlanan yenidənqurma işlərinin bu ilin oktyabrınadək yekunlaşdırılması nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video