Alternative content

17:26 01 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Balakənin inkişafı daim diqqət mərkəzindədir
Balakənin inkişafı daim diqqət mərkəzindədir
ANA SƏHİFƏ / SİYASƏT
01:38 05.08.2020

 Bütün dünyanı çənginə almış koronavirus Azərbaycanda da problemlərə yol açdı. Lakin Prezident İlham Əliyevin təşəbbüsləri, göstəriş və tapşırıqları, fərman və sərəncamları, ən əsası şəxsi nəzarəti ilə həyata keçirilən tədbirlərin nəticəsi olaraq infeksiyanın daha ciddi fəsadlara yol açmasının qarşısı uğurla alındı. Belə bir həssas dönəmdə dövlətimizin təqdir olunan başqa bir addımı isə, heç bir sosial layihəni təxirə salmaması, o cümlədən regional inkişafa xidmət edən infrastruktur layihələrin icrasının davam etdirilməsidir.

Cənab İlham Əliyevin bir neçə gün əvvəl Qobustan, İsmayıllı, Balakən, Şəki və Qəbələ rayonlarına səfəri, bu səfər zamanı açılışında, təməlinin qoyulmasında iştirak etdiyi bütün layihələr bunu təsdiq edir. Rayonlara növbəti səfəri çərçivəsində dövlət başçısı regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq tikintisi başa çatmış sosial obyektlərin, infrastruktur layihələrinin, istehsal müəssisələrinin açılışını edib, görülən işlərlə tanış olub, eyni zamanda, yerlərdə əhalini narahat edən məsələlərlə maraqlanıb.

Dövlət başçısının sözügedən rayonların hər birinə səfər qrafiki olduqca zənginliyi ilə yadda qaldı. O cümlədən deputatı olduğum Balakən rayonunda görülən işlərin miqyası, həyata keçirilən möhtəşəm layihələr olduqca qürurvericidir. Öncə onu qeyd edim ki, Azərbaycanın əsas turizm məkanlarından olan Balakən rayonunda 2003-cü ilə nisbətdə 2019-cu ildə məhsul buraxılışı 3,1 dəfə, sənaye 18 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 10 dəfə artıb. 2003-cü ildən bəri rayonda 20 min 538 yeni iş yeri açılıb, cari ildə qeyri-məşğul əhali üçün ödənişli əsaslarla 350, pandemiya ilə əlaqədar əlavə 200 ictimai iş yeri yaradılıb.

Bu səfər zamanı cənab İlham Əliyevin iştirakı ilə Balakəndə həm rayonun inkişafına töhfə verən, həm də abadlıq və quruculuğun tərənnümü olan bir sıra infrastruktur layihələri istifadəyə verildi. Məlumdur ki, inkişafı şərtləndirən vacib amillərdən biri bütün sahələr üzrə müasir infrastrukturun mövcud olmasıdır. Əgər elektrik enerjisinin verilişi və digər kommunal xidmətlərin göstərilməsi lazımi səviyyədə təmin edilməsə, avtomobil yolları pis vəziyyətdə olsa, bank xidmətlərinin səviyyəsi yüksəlməsə, hotellər, xəstəxana və idman qurğuları olmasa, hansı inkişafdan söhbət gedə bilər. Ona görə də ölkə rəhbərliyinin qarşıya qoyduğu əsas məqsədlərdən biri də infrastrukturun inkişaf etdirilməsidir. Reallıq da göstərir ki, dayanıqlı inkişaf, ilk növbədə, infrastrukturun yeniləşməsindən, bu sahədə beynəlxalq və müasir standartların tətbiqindən, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsindən keçir. Ölkə rəhbəri İlham Əliyev davamlı yüksəlişin, tərəqqinin yolunu digər amillərlə yanaşı, infrastrukturun daim yenilənməsində və müasirləşməsində, bu sahədə beynəlxalq standartların tətbiqində, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsində görür və bu istiqamətdə əməli tədbirlərin həyata keçirilməsini daim önə çəkir.

Bu baxımdan Balakən şəhərində istifadəyə verilən regional "ASAN xidmət” mərkəzi, 320 şagird yerlik Uşaq İncəsənət məktəbi, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, yenidən qurulan Balakən-Qazbinə-İtitala, Balakən-Hənifə-Gülüzanbinə və Qullar-Tülü-Talalar-Şərif-Acılıqbinə-Qaysa avtomobil yolları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyət və məzmununa uyğun olaraq rayonda müxtəlif sahələr üzrə infrastrukturun yenilənməsinin, o cümlədən vətəndaşların ayrı-ayrı dövlət xidmətlərinə əlçatanlığının daha da asanlaşdırılmasının göstəriciləridir. Sözügedən binalar funksionallıq baxımından ən müasir standartlara uyğun olmaqla yanaşı, özünəməxsus memarlığı ilə Balakən şəhərinə xüsusi gözəllik verir. "ASAN xidmət” mərkəzinin açılışı zamanı könüllülərlə görüşdə Prezident İlham Əliyev Balakənin inkişafının diqqət mərkəzində olduğunu bildirərək deyib: "Rayonun inkişafı daim diqqət mərkəzindədir. Mən müntəzəm olaraq Balakən rayonuna gəlirəm, vəziyyətlə tanış oluram, müvafiq göstərişlər verirəm ki, rayonda işlər sürətlə getsin. Son illərdə Balakən rayonunda sosial-iqtisadi sahədə yaxşı inkişaf var. Bir çox sosial obyektlər inşa edilib. Mən bütün əsas sosial obyektlərin açılışlarında şəxsən iştirak etmişəm”.

Prezident İlham Əliyevin Balakəndə tanış olduğu "Bal meyvə” bağçılıq təsərrüfatı isə Azərbaycanda qeyri-neft sektorunun, konkret ifadə etsək, kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən islahatların effektiv nəticə verməsinin bariz nümunəsidir. Təsərrüfatda daimi olaraq 80 nəfər işçinin çalışması, yığım vaxtı isə 200-dən çox sakinin mövsümi işlərə cəlb olunması rayonda məşğulluğa verilən mühüm töhfələrdən biridir.

Dövlət başçısının könüllülərlə görüşdə toxunduğu məsələlərdən biri Balakənin su problemi barədə idi. İyulun 31-də cənab Prezidentin "Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında” və "Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” imzaladığı sərəncamlar göstərdi ki, rayonumuzun su ilə bağlı problemləri tezliklə həllini tapacaq. Prezident İlham Əliyevin Balakənlə bağlı digər sərəncamları ilə rayonun Yeni Şərif kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbinin binası tikiləcək, "ASAN xidmət” mərkəzinin infrastruktur imkanları genişləndiriləcək.

Bütövlükdə, həm Balakəndə indiyədək görülmüş işlər, həm də bundan sonra həyata keçirilməsi nəzərdə tutulan layihələr sakinlər tərəfindən təqdir olunur, böyük sevinc hissi ilə qarşılanır. Milli Məclisdə Balakən rayonunu təmsil edən deputat kimi, göstərdiyi bu qayğıya görə, balakənlilər adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Qarşıda isə bizi daha böyük uğurlar və nəticələr gözləyir. Həyata keçirilən səmərəli tədbirlərin nəticəsidir ki, artıq koronavirusa yoluxmanın sayı azalmağa doğru gedir. Görünən odur ki, tezliklə bu problemə birdəfəlik son qoyulacaq və cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan postpandemiya dövründə daha möhtəşəm sosial-iqtisadi uğurlara imza atacaq.


Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM