Alternative content

09:07 29 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:26 29.09.2020 “AZƏRBAYCANIMIZ”
00:24 29.09.2020 BİLDİRİŞ
00:23 29.09.2020 BİLDİRİŞ
00:22 29.09.2020 BİLDİRİŞ
00:22 29.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli mübarizəyə çağırış...
Milli mübarizəyə çağırış...
ANA SƏHİFƏ / Mədəniyyət
01:25 05.08.2020


Azərbaycan adlı məmləkətdə Həsən bəy Zərdabi adlı millət sevdalısının "Əkinçi” ilə başladığı yola zaman-zaman qədəm qoyanların arasında öz izi ilə seçilənlər çox oldu. Onların əksəriyyəti düşəncələrini, mövzulara, mətləblərə, problemlərə münasibətlərini fərqli tərzdə ifadə etdilər. Ancaq başlıca məqsəd, amal dəyişmədi. Bu, Azərbaycanın və soydaşlarının tərəqqisi, uğurlu gələcəyi naminə çalışmaq arzusu, niyyəti idi. Müxtəlif illərdə fəaliyyət göstərmiş bu iki mətbu orqanın - "Səda”nın və "Bəsirət”in qayəsi də doğma vətənin və millətin haqqının qorunması, işıqlı gələcəyə doğru irəliləməsi idi...


Mətbuatımızın "Səda”sı...


"Səda”nın yaradıcısı Haşım bəy Vəzirov Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mətbuatı tarixində görkəmli yer tutur. O, XX əsrin əvvəllərində Rusiya imperiyasının müstəmləkəçilik siyasətindən, milli ayrı-seçkiliyindən ən çox əziyyət çəkən doğma xalqının haqq səsini ucaldan Azərbaycan ziyalıları ilə bir sırada dayanıb.

Haşım bəy Vəzirov jurnalistlik fəaliyyətinə çox mürəkkəb bir dövrdə başlayıb. Cəsarətli, prinsipial insan olan Haşım bəy bütün çətinliklərə rəğmən, heç vaxt öz məqsədindən dönməyib.

Onun böyük zəhmətlə yaratdığı "İttifaq” qəzeti 221-ci sayında İslam dinindən sui-istifadə edib fanatizmi, cəhaləti yayanlar ciddi tənqid olunduğu üçün bağlanıb. Haşım bəy senzorun məlumatları əsasında cəzalandırılıb və Bakı Şəhər İdarəsi rəisinin əmri ilə "İttifaq”ın fəaliyyəti 1909-cu ilin oktyabrın 3-də dayandırılıb. Baş verən bu bu hadisələr Haşım bəyi ruhdan sala bilməyib. O, yeni mətbu orqanın yaradılmasına səy göstərib. 1910-cu il martın 9-da "Səda”nın fəaliyyətinə rəsmi icazə alıb. Ancaq Haşım bəy Vəzirov qəzetin nəşrinə həmin anda başlaya bilməyib. Beləliklə, "Səda”nın ilk sayı icazə alındığı vaxtdan yeddi ay sonra, oktyabrın 12-də oxuculara təqdim olunub. Bu qəzet nəşrə başladıqdan sonra da yerli hakimiyyət orqanları, Çar Senzura İdarəsinin əməkdaşları Haşım bəy Vəzirovun qəzetçilik işi ilə məşğul olmasına maneələr yaratmaqda davam ediblər. Aramsız təqib, təzyiq, həbsinə və cərimələnməsinə baxmayaraq, Haşım bəy "Səda”nı nəşr etdirib.

"Səda”nın məsləyini redaktor-naşir H.Vəzirov belə açıqlayıb: "Qəzetin məsləki millətimizin tərəqqi və təalasına çalışıb müsəlmanları ittifaq və ittihada dəvət etməkdən ibarət olacaq, dili isə türk, sadə Azərbaycan dili olacaq”.

Haşım bəy Vəzirovun nəşr etdirdiyi qəzetlərdən ən çoxtirajlısı "Səda”olub. 5 min nüsxə ilə çap edilib. Qəzetdə Məhəmməd Hadi, Əlabbas Müznib, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Məşədi Azər, Əhməd Cavad, Firudin bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli, Əhməd Kamal, Həsən Əlqədari, Dadaş Bünyadzadə və başqaları çıxış ediblər. Bu müəlliflərin əksəriyyəti dərc olunan yazılarında qətiyyətli və mübariz mövqe nümayiş etdiriblər. Onların ədəbi və publisistik fəaliyyəti üçün "Səda” qəzeti geniş imkanlar yaradıb.

1911-ci il martın 18-dən 19-na keçən gecə Bakı quberniyasının Jandarm İdarəsi bir qrup mətbuat işçisi ilə birgə Haşım bəyi də həbs edib. Bir ay davam edən istintaq Haşım bəy Vəzirovun və Əlabbas Müznibin cinayət əməllərini sübut edəcək fakt tapmayıb. 1911-ci ilin 14 aprelində onların həbsdən azad olunmasına qərar verilib. Haşım bəy həbsdə olduğu müddətdə "Səda” nəşr olunmayıb.

Qəzetin 1909-cu ilin oktyabrından 1911-ci ilin avqustunadək 479 sayı işıq üzü görüb. 1911-ci ilin 14 avqustunda nəşri dayandırılıb. "Səda” bağlandıqdan sonra da Haşım bəy Vəzirov Azərbaycan mətbuatının inkişafı yolunda mübarizəsini davam etdirib.


"Bəsirət”


Azərbaycan siyasi mühacirlərinin mətbu orqanı olan "Bəsirət” qəzetinin ümumilikdə 165 sayı işıq üzü görüb.

Bu siyasi, ictimai, iqtisadi və ədəbi qəzetin ilk sayı 1914-cü il aprelin 12-də nəşr olunub. "Bəsirət” açıq fikirli qəzet sayılırdı. Həftəlik və bayram günlərində çıxırdı. 1918-ci ilin martından sentyabrınadək nəşr edilməyib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşri bərpa olunub. 1920-ci il mayın 15-dən qəzetin çapı dayandırılıb.

Redaktoru Qasım bəy Qasımbəyov, naşiri Qulamrza Şəfizadə idi. "Bəsirət”də M.Ə.Rəsulzadə, N.Nərimanov, M.S.Ordubadi, M.S.Pişəvəri, M.Hadi, M.Məmmədzadə, S.Mənsur, M.Əlibəyov, M.S.Axundov, X.İbrahim, Ə.Müznib, A.Səhhət, Əbdül Qədir Vüsaqi, C.Cabbarlı və başqalarının məqalələri dərc edilib.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM