04 Avqust 2020 19:56
719
CƏMİYYƏT
A- A+

Pandemiya dövründə nikah aktı planlayanlar və gənc ailələr üçün layihə icra olunacaq


Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) "Nikah aktı planlayanlar və gənc ailələr üçün pandemiya dövründə konsultativ və sosial yardımların təşkil edilməsi” layihəsinin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin koordinatoru Müşfiq Ələsgərli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məqsəd koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq nikah aktlarını təxirə salan, gözləmə mövqeyi tutan şəxslər üçün konsultativ yardımlar təşkil etməkdir. O cümlədən belə şəxsləri yeni dövrün şərtlərinə uyğun formalaşdırılmış nikah mərasimləri formaları ilə tanış etmək, bu yolla nikah proqramlarını yeni şərtlərə uyğunlaşdırmağa sövq etməkdir.

Diqqətə çatdırılıb ki, nikah və toy mərasimləri sahəsində yeni standartlar, yeni vərdişlər formalaşır. Mütəxəssislərin, ekspertlərin bu yöndə təklif və tövsiyələrinin ictimailəşdirilməsi, cəmiyyətə çatdırılması və dərk edilməsi üçün KİV-lərin rolu mühüm əhəmiyyət kəsb edir. Layihənin məqsədlərindən biri də KİV-lərin bu sahədə rolunun stimulaşdırılmasından ibarətdir.

Gənc, imkansız ailələrə konsultativ və maddi yardım göstərmək də layihənin əsas məqsədləri sırasındadır.

M.Ələsgərli qeyd edib ki, pandemiya dövründə Azərbaycanda və digər ölkələrdə tətbiq edilən yeni nikah-toy mərasimləri formaları barədə bilgilər, həmçinin mövzu üzrə ekspert tövsiyələri əyani vəsait-kitabça formasında toplanılacaq. PDF variantda hazırlanacaq kitabça internet resurslarında yerləşdiriləcək və hər kəs üçün əlçatan olacaq.

İP göstəricisi yüksək olan internet TV-lərdən birində mövzu üzrə müzakirələr təşkil ediləcək. TV müzakirədə mövzu üzrə ekspert iştirak edəcək, sualları cavablandıracaq.

Koronavirus infeksiyası ilə mübarizə məqsədilə xüsusi karantin rejimi tətbiq edilən Bakı şəhərində, Cəlilabad və Masallı rayonlarında 30 nəfər gənc və imkansız ailə müəyyənləşdiriləcək, onlarla konsultativ söhbət aparılacaq və sosial yardımlar göstəriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video