03 Avqust 2020 22:19
8077
CƏMİYYƏT
A- A+

Pandemiya dövründə B qrupundan olan vitaminlərə ehtiyac nədən yaranır və onları necə əldə etməli?


B qrupu vitaminləri infeksiyanın qarşısını alaraq immun sistemini möhkəmləndirir. Ona görə pandemiya zamanı onları kifayət qədər qəbul etmək xüsusən vacibdir. B vitamini ilə zəngin qidaları gündəlik rasiona daxil etməklə, koronavirus təhlükəsinə baxmayaraq, sağlamlığı qorumaq şansını artırmaq mümkündür.

Orqanizmin yeni növ koronavirus infeksiyasına və digər virus hücumlarına qarşı davamlı olmasını təmin etmək üçün ən yaxşı yollardan biri immun sistemini gücləndirən qida qəbuludur. Koronavirus əleyhinə dərmanların olmaması baxımından bu üsul hələlik pandemiya zamanı infeksiyanın qarşısının alınmasında yeganə üsul olaraq qalır. AZƏRTAC "Medikforum” informasiya portalına istinadla xəbər verir ki, bu günlərdə Hindistanın Qida Təhlükəsizliyi və Standartlaşdırma İdarəsi (FSSAI) sinir sisteminin və immunitetin sağlam fəaliyyətinin təmini üçün vitaminlərlə zəngin məhsullardan istifadə etməyi rəsmən tövsiyə edib.

B kompleksinə tiamin (B1), riboflavin (B2), niasin (B3), pantoten turşusu (B5), piridoksin (B6), biotin (B7), fol turşusu və ya folat (B9), kobalamin (B12) daxildir. Mütəxəssislər pandemiya zamanı orqanizmin nəyə görə onlara ehtiyacı olduğunu izah ediblər.

Qeyd olunan vitamin kompleksi qırmızı qan hüceyrələrinin (eritrositlərin) yaranmasını təmin edir, beyinin və sinirlərin normal işləməsinə imkan yaradır, enerji səviyyəsini artırır, ürək-damar sistemini möhkəmləndirir, həzmi yaxşılaşdırır, əzələləri yaxşı vəziyyətdə saxlayır, hormonların və xolesterinin sintezini normallaşdırır.

B qrupundan olan vitaminlərin çatışmaması anemiyaya, infeksiyalara, mədə-bağırsaq traktı, dəri, periferik neyropatiya ilə bağlı problemlərə meyilliliyi artırır. Bu vitaminlər hamilə və südverən analar üçün daha vacib sayılır. Belə ki, onlar beyinin inkişafına kömək etməklə yanaşı, uşaqlarda doğuş qüsurları riskini azaldır.

B vitaminlərini əldə etmək üçün qida mənbələri aşağıdakılardır:

Göy-göyərti və yaşıl yarpaqlı tərəvəzlər folatın ən mühüm mənbələrindən biridir. Yumurta saçın, dərinin və dırnaqların yaxşı vəziyyətdə olmasını hərtərəfli təmin edən biotindir. Paxlalı bitkilər böyük miqdarda fol turşusu ilə yanaşı, tiamindən, riboflavindən, pantoten turşusundan, piridoksindən (daha orta dozalarda) ibarətdir. Qoz B qrupu vitaminləri ilə birlikdə orqanizmi mis, fosfor, manqan, E və D vitaminləri ilə təmin edir.

Qızılbalıqlar fəsiləsindən olan balıqların tərkibində çoxlu omeqa-3 yağ turşuları, riboflavin, niasin, piridoksin və kobalamin də daxil olmaqla bir neçə növ digər vitaminlər var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video