03 Avqust 2020 21:35
602
CƏMİYYƏT
A- A+

COVID-19-a qarşı peyvənd hazırlanması uzun müddət tələb edir


COVID-19 xəstəliyinə qarşı peyvəndin istehsal olunması hamının diqqət mərkəzindədir. Ölkəmizə gələn işçi qruplar və xarici mütəxəssislərlə də həmin məsələ ətraflı müzakirə edilir. Ümumdünya Səhiyyə Təşkilatının missiyası ölkəmizdə olarkən onlarla müzakirə olunan ən vacib məsələlərdən biri peyvənd məsələsi idi.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 3-də keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva məlumat verib.

Onun dediyinə görə, bir peyvəndin hazırlanıb istifadəyə verilməsi qısa vaxtda başa gəlmir və bunun üçün uzun müddət tələb olunur. Ona görə də bu məsələyə çox ehtiyatla yanaşmaq lazımdır. TƏBİB-in elmi şurasına da belə bir tapşırıq verilib ki, bütün bu məsələlər araşdırılsın, dünyada peyvənd üzərində aparılan işlər araşdırılsın və bununla əlaqədar təkliflər hazırlanaraq dövlətə təqdim olunsun.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video