03 Avqust 2020 21:09
722
CƏMİYYƏT
A- A+

Hikmət Hacıyev: Regionlara gediş-gəliş bölgələrimizdə də yoluxma hallarının artmasına təsir edə bilər


Hazırda Bakı şəhərində yoluxma tendensiyası müşahidə edilir. Regionlara gediş-gəliş bölgələrimizdə də yoluxma hallarının artmasına təsir edə bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Regionlara gediş-gəlişlə bağlı məsələnin müzakirə olunduğunu söyləyən Hikmət Hacıyev deyib: "Hazırda bu məsələyə baxılır, müxtəlif qaydalarla bağlı fikirlər irəli sürülür. Xüsusi bir məqamı nəzərə almalıyıq ki, hazırda Bakı şəhərində yoluxma tendensiyası müşahidə edilir. Regionlara gediş-gəliş bölgələrimizdə də yoluxma hallarının artmasına təsir edə bilər. Ona görə də epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilərək regionlara gediş-gəliş məsələsinə baxılacaq”.

Dünya Bankı və digər təsisatlar tərəfindən 100-dən çox ölkəyə yardımların edildiyini söyləyən Hikmət Hacıyev deyib: "Dünya ölkələrinin əksəriyyəti borclanmaya gedirlər, müxtəlif təsisatlardan kreditlər alırlar. Azərbaycanda isə mənzərə fərqlidir. Azərbaycan xarici borclanma siyasətini həyata keçirmir, pandemiyanın doğurduğu çətinliklərə baxmayaraq, dövlətimiz iqtisadiyyatımızın və vətəndaşlarımızın dəstəklənməsi istiqamətində layihələr həyata keçirir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video