Alternative content

18:01 29 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün başa çatır
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün başa çatır
ANA SƏHİFƏ / Təhsil
12:09 03.08.2020

2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün avqustun 3-ü saat 23:59-dək http://eservices.dim.gov.az/erizetex/qabiliyyet linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. DİM orta ixtisas təhsili müəssisələrinin aşağıdakı ixtisasları üzrə qabiliyyət imtahanları təşkil edəcək:

- Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin ixtisaslarına;

- Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin ixtisaslarına (musiqi nəzəriyyəsi və xor dirijorluğu ixtisasları istisna olmaqla);

- Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin xoreoqrafiya sənəti və rəqs müəllimliyi ixtisaslarına;

- Naxçıvan Musiqi Kollecinin xanəndəlik, vokal sənəti, aşıq sənəti, xoreoqrafiya sənəti və rəngkarlıq ixtisaslarına;

- Digər orta ixtisas təhsili müəssisələrinin xanəndəlik və vokal sənəti ixtisaslarına.

Xatırladaq ki, bir müddət əvvəl DİM orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları” jurnalının 2020-ci il 2-ci nömrəsini nəşr edib.

"Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu nəşrdə orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların yaradıcılıq qabiliyyətinin yoxlanılması komissiyaları üzrə bölgüsü, kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapıb.

Jurnalının elektron versiyasını (PDF formatında) DİM-in internet saytının "Elektron xidmətlər” bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar

(Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

Xatırladaq ki, abituriyentlərin qeydiyyatı iyulun 24-dən başlayıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM