02 Avqust 2020 18:22
734
CƏMİYYƏT
A- A+

Son iki həftə ərzində yeni yoluxma hallarının 27 faiz azalması vəziyyəti nəzarət altında saxlamağa imkan verir


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı missiyası burada olduğu müddətdə 50-yə yaxın görüş keçirib. Missiyanın üzvləri Azərbaycanda bir sıra səhiyyə müəssisələrində olub və Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və bu prosesə daxil olan digər strukturlarla müzakirələr aparıblar. Missiya müşahidələrinin nəticələrini Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndələri ilə də bölüşərək müəyyən tövsiyələr verib. Təşkilatın regional bürosu və Azərbaycan nümayəndəliyi Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə həmin tövsiyələrin həyata keçirilməsi üzərində işləyəcəklər və ÜST bu sahədə lazimi kömək göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən ÜST Avropa regional bürosunun yoluxucu xəstəliklər şöbəsinin mütəxəssisi Şahin Hüseynov deyib: "Azərbaycanda epidemioloji vəziyyət demək olar ki, sabitləşib. Aşkar görünür ki, son bir ay ərzində xəstələrin sayında xeyli azalma baş verıb. Son iki həftə ərzində yeni yoluxma hallarının 27 faiz azalması müşahidə edilir. Virusa yoluxmaların sayında azalma baş verməsi vəziyyəti nəzarət altında saxlamağa imkan verir.

Epidemioloji tədqiqat aparmaq üçün yeni xəstələnmə hallarının sayı vacibdir. Sağalanların sayı kliniki faktordur. Bu, onu göstərir ki, xəstəxanalarda müalicə prosedurları düzgün aparılır və xəstələnənlər sağalırlar. Karantin rejiminin yumşaldılması və başqa ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsinə qərar vermək üçün yoluxanların, xəstələnənlərin, testlərin və testlər arasında pozitiv nəticələrin sayı nəzərə alınır. Həmin amillər çox vacib və mühüm məsələdir.

Hazırda koronavirusun hava və iqlimlə əlaqəli olması barədə sübutlar yoxdur. Məsələn, hazırda Avstraliyada qış mövsümüdür və ümumi respirator xəstəliklərin sayı azalıb. Koronavirusa qarşı ictimai səhiyyə tədbirləri icra olunduğu halda, yəni maskadan istifadə, sosial məsafənin, gigiyena qaydalarının gözlənilməsi başqa respirator xəstəliklərin də sayının azalmasına səbəb olur.

Xüsusi təyinatlı xəstəxana və çarpayıların sayı koronavirusla ümumi mübarizə strategiyasının əsas amillərindən biridir. Azərbaycanda 10 minə yaxın xüsusi, o cümlədən intensiv xidmət, yəni reanimasiya çarpayısı mövcuddur. Yaxın vaxtlarda daha 5 xəstəxana istifadəyə verilməlidir. Bu, hər cür alqışa layiqdir. Xəstəxana və çarpayıların sayının çoxluğu səhiyyə sisteminin üzərinə düşən yükü azaldır. Lakin təlim keçən həkim və tibb işçilərinin sayı daha da artırılmalıdır”.

O, COVID-19 infeksiyasına qarşı peyvənd axtarışları barədə deyib: "Ümumiyyətlə, bir peyvəndin hazır olması 8-12 il vaxt tələb edir. Lakin mövcud vəziyyətlə əlaqədar olaraq bir neçə ay ərzində 165 peyvənd təqdim olunub. Onlardan üçü hazırda üçüncü sınaq mərhələsindədir. Məlumata görə, Rusiya istehsalı olan dördüncü peyvənd də var. Təəssüf ki, təqdim olunan peyvəndlərin səmərəliliyi o qədər yüksək deyil. Təbii ki, onların vasitəsilə insanları qorumaq mümkündür. Lakin onlar əvvəllər istifadə olunan peyvəndlər kimi səmərəli deyil. Həmin peyvəndlər sınaqdan çıxarılandan və hazırlandığı ölkələr tərəfindən təsdiq olunandan sonra ÜST onun harada və hansı miqyasda istifadəsinə dair öz tövsiyələrini verəcək. Lakin bir daha qeyd etmək istəyirəm ki, keyfiyyətli və səmərəli nəticəsi olan peyvəndin hazırlanması üçün uzunmüddətli araşdırmalar aparmaq tələb olunur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video